Türkiyədə dəhşətli intihar hadisəsi baş verib.
Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Samsunda iki uşaq atası çalışdığı fabrikdə intihar edib. Məlumata görə, Adəm adlı 34 yaşlı şəxs özünü 1600 dərəcə istilikdə qaynayan qazana atıb. Dəhşətli intihar fabrikin təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. İntihar edən şəxs istilikdən əriyib və meyiti tanınmaz hala düşüb.
Türkiyə mətbuatı intiharın baş vermə anının görüntülərini yayımlayıb.O, əvvəlcə 1600 dərəcə istilikdə qaynayan qazana yaxınlaşıb və özünü qazanın içərisinə atıb. Onun ərimiş meyiti tanınmaz halda tapılıb. İlkin araşdırma zamanı intihar edən şəxsin ailəsində ciddi problemlərin olduğu ortaya çıxıb. İntihar anının videosunu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR