Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83205
az

Kapital Bank-ın dəstəyi ilə ənənəvi Respublika Fənn Olimpiadası keçirilir

12:2222 Fevral, 2023
187
CƏMİYYƏT
  • A

Kapital Bank-ın dəstəyi ilə ənənəvi Respublika Fənn Olimpiadası keçirilir

 

Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadalarının keçirilməsinə dəstək göstərib. Olimpiadalar Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir.

 

25 fevral 2023-cü il tarixində fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Yarımfinal turunda iştirak edəcək şagirdlər //portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini çap edə bilərlər.

 

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alındı
11 taksi sifarişi operatoruna icazə verilib - RƏSMİ
Bakıda velosiped yolları 50 km-ə çatdırılacaq

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı - FOTOLAR