Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83178
az

Körpələrin ana südü ilə qidalanması niyə önəmlidir? - CAVAB

08:1122 Fevral, 2023
159
CƏMİYYƏT
  • A

Son dövrlər ölkəmizdə yeni doğulmuş körpələrin ana südü ilə qidalandırılmasının azalması və süni qidalara tələbatın artması acı bir həqiqətdir. Ana südünün süni qidalarla əvəz edilməsinin bir çox səbəbləri var. Həkimlər bu səbəblərin mümkün qədər aradan qaldırılması və körpələrin ana südü ilə bəslənməsinin təmin olunmasını tövsiyə edirlər.

OXU24.COM Milli.Azxəbər verir ki, bu barədə ATU-nun I uşaq xəstəlikləri kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının neonatoloqu Sərxan Elbəyiyev məlumat verib. 

Onun sözlərinə görə, bəzən qadınlar doğuşdan sonra tezliklə işə çıxdıqlarına görə uşağı ana südü ilə qidalandırmaqdan imtina edirlər. Bəzi hallarda isə anaların özünəinamı kifayət etmədiyinə görə südün uşağına kifayət etməyəcəyi düşünür və təbii qidalandırmadan vaz keçirlər:

"Yaxud, hamiləlik dövründə və doğuşdan sonra tibbi heyət tərəfindən analar üçün lazımi səviyyədə maarifləndirmə aparılmır, xanımlar nə ailədə həyat yoldaşı, nə yaxınları, nə də cəmiyyət tərəfindən dəstək almırlar. Çox hallarda keysəriyyə ilə doğuş həyata keçirildiyindən analar körpələri süd ilə qidalandırmır".

Doktor S.Elbəyiyev bu məsələnin sonradan ciddi problemlərə yol aça biləcəyini bidirir. Çünki uşaq ölümlərinin böyük bir qismində qidalanma çatışmazlığının önəmli rolu var:

"Bəslənmə çatışmazlığı əsas xəstəliyin ağırlaşmasına, böyümə və inkişafdan geri qalması, malnutrisiya, infeksiyalar və xronik xəstəliklərin ağırlaşmağına birbaşa təsir edir. Ana südünün tərkibində protein, yağlar, karbohidrat, mikroelementlərdən əlavə, süni qidalarda olmayan bir çox bioaktiv maddələr (antitellər, qlikokonyuqatlar, oliqosaxxaridlər, prebiotiklər, fermentlər, hormonlar, leykositlər, antioksidantlar, nukleotidlər, anti-inflamatuar agentlər və s.) vardır. Ana südü ilə bəslənmə uşaqları kəskin və xronik xəstəliklərdən (alt tənəffüs sistemi xəstəlikləri, orta qulaq iltihabı, idrar yollarının infeksiyaları, bağırsaq infeksiyaları, allerqik xəstəliklər, metabolik sindrom, piylənmə, xoralı kolit, kron xəstəliyi, hipertoniya, leykoz və limfomalar) qoruyur; zəka geriliyi, motor və nitq funksiyalarında gerilik, diqqət əksikliyi və autizm kimi halların qarşısını alır".

Önəmli məsələlərdən biri də odur ki, ana südü ilə bəslənmənin qadının özünə də faydası var. Belə ki, əmizdirmə qadınlarda endometrium, yumurtalıq və süd vəzinin xərçəngi, osteoporoz kimi xəstəliklərin risklərini önəmli ölçüdə azaldır, hamiləlik sonrası çəki itirərək əvvəlki kiloya qayıtmasına şərait yaradır, analıq hissinin əmələ gəlməyinə və ana-körpə bağının inkişafına şərait yaradır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və Birləşmiş Millətlər Uşaqlara Yardım Fondu (UNICEF) uşaqlarda ilk 6 ay boyunca sadəcə ana südü ilə qidalanmanı, 2 yaşına qədər ana südünün xüsusi nəzarət altında və əlavə qidalarla birgə verilməyə davam edilməyini məsləhət görür. Əmizdirməyə uşaq doğulduqdan sonra 1 saat içində başlanılmalıdır. Klinik araşdırmaların nəticələrinə görə, erkən bəslənməyə başlanan yenidoğulmuşlarda ilk 1 ay içində ölüm hallarının 3 qat daha az olur. 

Əmizdirmənin anaya faydaları:

Yumurtalıq, endometrium və süd vəzinin xərçəngi riskini azaldır;

Osteoporozdan qoruyur;

Çəkinin itirilməsi və hamiləlikdən öncəki çəkiyə qayıtmağa kömək edir;

Analıq hissinin əmələ gəlməsinə səbəb olur;

Ana üçün təbii sakitləşdiricidir.

Ana südünün üstünlükləri:

İqtisadi baxımdan əlverişlidir;

Hər zaman əlçatandır;

Təzə və mikroorqanizmlər baxımından təmizdir.

Əmizdirmənin (ana südünün) uşağa faydaları:

1. Kəskin və xroniki xəstəliklərdən qoruma:

Bronxit

Pnevmoniya

Orta qulağın iltihabı

İdrar yollarının infeksiyaları

Qastroenteritlər

Allerqik xəstəliklər

Ani uşaq ölümü sindromu

Leykoz və limfomalar

Metabolik sindrom

Piylənmə və hiperlipidemiya

Xoralı kolit və Kron xəstəlikləri

Seliakiya xəstəliyi

Metabolik sindrom

Hiperlipidemiya

2. Uşağın böyümə və inkişafına təsiri:

Böyümə hormonları, orqan və toxumaların inkişafını təmin edir.

Çənə-diş inkişafına kömək edir.

Ana-Körpə bağını qüvvətləndirir.

Zəka, dil və motor funksiyaların inkişafına müsbət təsir edir.

Diqqət əskikliyi və autizm kimi xəstəliklərdən qoruyur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO