Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83066
az

WhatsApp yazışmaları məhkəmədə sübut kimi qəbul edilirmi?

18:3217 Fevral, 2023
264
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə  təqdim etdiyimiz mövzu  məhkəmə sübutları ilə bağlıdır.

 

WhatsApp, Telegram, İnstagram, Facebook və s. danışıqlarının məhkəmədə sübut kimi qəbul edilirmi?

Hansı hallarda səs yazısını və digər danışıqları məhkəməyə sübut kimi təqdim etmək olar?

 

İlk öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə görə:

Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Bəs sübut nə zaman qanunsuz olur?

Sübutlar qanuna zidd əməllər nəticəsində əldə olunduqda
Əldə olunan sübutlar qanuna zidd şəkildə istifadə olunduqda
Lakin, Azərbyacan Respublikasının Konstitusiya məhkəməsi isə öz qərarında,  sadə dilnən desək, qeyd edir ki sadə dilnən desək: 

Şəxs tərəfindən şəxsin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz.
Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-in 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

Misal 1:

Cavid Orxandan borca 100 manat pul almaq istəyir və bununla bağllı ona zəng edir və ya Watsap vasitəsi ilə yazır. Orxanda da telefona Cavidin xəbəri olmadan onun səsini yazır və görüşürlər ona borc məbləğini verir.

Təbii olaraq bu danişiqlarda da Cavid deyir ki, misal üçün:

 -“3 aya və ya 1 ilə sənin borcunu qaytaracam”.

Deməli Konstitusiya Məhkəməsinin qərarından bu nəticəni çıxara bilərik ki, Cavid borcu qaytarmasa Orxan borcun qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət etsə o zaman şifahi borc müqaviləsi ilə bağlı aralarında olan söhbətləri əks  etdirən gizli səs yazısını və aralarında olan yazışmanı məhkəməyə sübut kimi təqdim edə bilər. Fərqi yoxdu lap olsun Whatsapp danışığı və ya Facebook yazışması və ya digər şəbəkələrdə edilən söhbətlər. 

Amma bir məsələni də xüsusi ilə, Konstitusiya Məhkəməsi qeyd edir ki, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi mümkündür.

Amma gedib Cavidin sizə olan borc məsələsinə görə Cavidin başqa şəxslə danışığını sübut kimi təqdim etsəz  təbii ki, məhkəmə tərəfindən qəbul edilməyəcək.

Beləliklə göstərilən bu halda, səs yazmaq toxunulmazlığı pozmur. 

Misal 2:

Elan saytlarının birində planşet satışı elanı görmüsüz. Planşetin özəlliklərinə də baxanda fikirləşirsiniz ki, sizin məqsədlərinizə uyğun gəlir. Whatsappda uzun söhbətlərdən sonra qərara gəlirsiniz ki, bu kompyuteri almaq olar. Razılığa gəlirsiniz və planşeti sizə göndərirlər. Cihaz gəlib çıxdıqdan sonra görürsünüz ki, yox bu o deyil. Sizə gəlib çıxan planşet başqa özəlliklərə sahibdir və zəifdir. Aranızda olan razılığa əsasən sizə başqa planşet göndərilməli idi. Geridönüş etdiyinizdə isə sizə deyirlər ki:

 - “siz yalan deyirsiniz elə siz bu özəlliklərə sahib olan cihazı istədiniz, biz də sizə onu göndərdik”. 

Və ya siz yeni planşet istəyirsinizzvə bunu onlara bildirirsiniz onlar isə sizə ikici əl işlənmiş mal göndərir. 

Mübahisənin həllinə görə məhkəməyə də müraciət edəndə əlinizdə başqa sübutlar olmadığı üçün yazılı müqavilə də bağlamadığınız üçün danışıqları sübut kimi ərizənizə əlavə edirsiniz və məhkəməyə də təqdim edirsiniz. Belə olan halda məhkəmə watsap yazışmalarını sübut kimi qəbul edəcək.

Hazırladı: Qulam İsmayılzadə

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib
Vəkillər Kollegiyasının futbol komandaları mötəbər beynəlxalq turnirində mükafatlar qazandı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib