Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83046
az

ABŞ-da atışma zamanı 4 nəfər öldürülüb

09:4920 Fevral, 2023
89
DÜNYA
  • A
ABŞ-ın Nyu Cersi ştatının Linden şəhərində atışma nəticəsində ikisi azyaşlı olmaqla 4 nəfər ölüb. Oxu24.com xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. Qeyd olunur ki, yerli vaxtla təxminən saat 9:30-da (Bakı vaxtı ilə saat 2:30) polis əməkdaşları şəxsi evlərdən birində atəş səslərinin eşidilməsi barədə çağırışa gəliblər. Orada ölmüş iki böyüyün və bir uşağın meyitini aşkarlayıblar. Daha bir yeniyetmə ağır vəziyyətdə yerli Nyuark Universitetinin xəstəxanasına yerləşdirilib. Yaralı sonra dünyasını dəyişib. CBS-nin polisdəki mənbələrinin məlumatına görə, ölənlər ailə üzvləridir, onları atası öldürüb, cinayətkar isə sonra intihar edib. “Biz Lindendəki dəhşətli atışmanı diqqətlə izləyirik. Bu, bir çox suallara cavab tələb edən davam edən araşdırmadır”, - Nyu Cersinin qubernatoru Fil Merfi deyib. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ şirkəti Terminatoru uğurla sınaqdan keçirib
Rusiya Xarici İşlər Nazirliyi ABŞ raketlərinin Almaniyada yerləşdirilməsinə cavabını açıqlayıb
Litva kaset bombaları haqqında Konvensiyanı ləğv etdi

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi