Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8303
az

Qondarma “respublika”dan Ramil Səfərovla bağlı sərsəm bəyanat

16:0926 Dekabr, 2018
824
SİYASƏT
  • A
 “Bu gedişlə Azərbaycan onu Qarabağa qubernator təyin edəcək”

Qondarma “respublika”nın “prezidenti”nin mətbuat katibi Davit Babayan Azərbaycanın ünvanına növbəti ittihamla çıxış edib. Çıxışında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun son açıqlamasını dəyərləndirən Babayan, Azərbaycanı qeyri-konstruktivlikdə ittiham edib, habelə rəsmi Bakının münaqişəni yoluna qoymağa hazır olmadığını bildirib. Babayan bildirib ki, E.Məmmədyarov güzəşt kimi Dağlıq Qarabağda yaşayan hər kəsin güvənliyinin təmin ediləcəyini bildirsə də, onlar indi də özlərini güvəndə hiss edirlər.

Babayan istehza ilə bildirib ki, bu gedişlə Azərbaycan Ramil Səfərovu da Qarabağın qubernatoru təyin edəcək:

“Azərbaycanın təklif etdiyi ssenairdə növbəti addım Ramil Səfərovun Qarabağa qubernator təyin edilməsidir. O zaman fiziki təhlükəsizliyimizi təmin etmək baxımından heç bir çatışmazlığımız qalmaz”.

P.S.Göründüyü kimi, Azərbaycan hərbçisinin ümumi qəhrəmanlıq obrazını əks etdirən Ramil Səfərovun adı bu gün də düşmənlər arasında böyük qorxu və həyəcanla çəkilməkdədir. Və əslində Babayanın Ramil Səfərovla bağlı lağca səsləndirdiyi bu təklifə - Ramil Səfərovun Qarabağa qubernator təyin edilməsi təklifinə zamanı gəlincə yenidən baxmaq mümkündür. Ramil Səfərov sərgilədiyi cəsarət və qəhrəmanlıqla sübut etdi ki, o, hər cür etimada, hətta Qarabağa qubernator təyin edilməyə belə layiqdir. Axı niyə də yox?(moderator.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA
Tramp Ukraynaya cavabdeh olanları niyə işdən çıxardı? -Radadan CAVAB

Tramp və Putinin gizli casus xətti: Məxfi görüşdə nələr razılaşdırılıb? -ŞOK DETALLAR

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı