Cənubi Afrikada 8 yaşlı Tazne van Wykin döyülərək təcavüzə uğramış cəsədinin kanalizasiyadan tapılmasından sonra 54 yaşlı Moehidine Panqaker 260 il həbs cəzasına məhkum edilib.
OXU24.COM bildirir ki, məhkum 2020-ci il fevralın 7-də şirniyyat mağazasına gedərkən qurbanına hücum edib. Worcester şəhərində yerli sakinlər və polis tərəfindən şosenin kənarında tərk edilmiş qızın meyiti tapılıb. Ekspertiza səkkiz yaşlı qurbanın baş, döş qəfəsi, boyun və çanaq nahiyəsindən aldığı küt zərbə nəticəsində dünyasını dəyişdiyini bildirib. Onun qollarından biri naməlum obyekt tərəfindən kəsilib.
Moehidine Pangaker 260 il həbs cəzasına məhkum edilib. Hakim bu hərəkətləri sırf cinsi motivlə yırtıcı davranış əlamət kimi qiymətləndirib.
Fevralın 14-də Qərbi Keyp Ali Məhkəməsinin hakimləri Panqakeri səkkiz uşaq zorlaması, cinsi istismar və uşaq cinsi istismarı da daxil olmaqla, ümumilikdə 259 il altı ay müddətinə doqquz ömürlük həbs cəzasına məhkum edib.
Hakimiyyət cinayətkarın adının Cinsi Cinayətlərin Milli Reyestrinə daxil edilməsini əmr edib.
8 yaşlı Tazne van Wykin valideynləri
ŞƏRHLƏR