Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8297
az

ŞOK! Ərəblər azərbaycanlı qadınları edam etdi - Səbəb hər kəsi şoka salır!

15:0126 Dekabr, 2018
1624
KRİMİNAL
  • A
 Valideynləri Mosuldakı hərbi əməliyyatlarda ölən 20 uşaq İraqdan Azərbaycana qaytarılıb.

Oxu24.com  xəbər verir ki, bununla bağlı məlumatı “İnterfaks-Azərbaycan”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov verib.

“İraq hökumətinin İŞİD terror təşkilatına qarşı əməliyyatı zamanı valideynlərini itirən 20 uşaq Azərbaycana qaytarılıb və yaxın qohumlarına təhvil verilib”, - o bildirib.

Onun sözlərinə görə, uşaqların uzun müddət din-ideoloji müharibənin getdiyi yerlərdə yaşamasını və təsirlənməsini nəzərə alaraq, onların hazırda bərpası və cəmiyyətə inteqrasiyası üçün işlər aparılır.

“Bundan başqa, digər uşaqların da Azərbaycana qaytarılması üçün işlər davam etdirilir”, - sədr müavini əlavə edib.

S.Heydərov qeyd edib ki, İraq ərazisində məsuliyyətə cəlb edilən azərbaycanlı qadınlar da var.

“Onlardan bəzilərinə qarşı ölkə qanunlarına uyğun olaraq edam cəzası çıxarılıb. Digərləri ilə bağlı araşdırmalar davam etdirilir”, - o deyib.

Sədr müavini bildirib ki, Azərbaycan vətəndaşlarına aid bütün məsələlər, o cümlədən onların vətənə qaytarılması üçün İraq hökuməti ilə danışıqlar aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Ağır qəza yenə can aldı
Xaçmazda evdən qadının meyiti tapıldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Ölənlər və yaralı var