Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82916
az

Rusiya və Çinin Cənubi Afrika sahillərində hərbi dəniz təlimləri keçirilir

21:4616 Fevral, 2023
62
DÜNYA
  • A

Cümə günü Cənubi Afrika, Rusiya və Çin birgə dəniz təlimlərinə başlayır.

Oxu24.com xəbər  verir  ki,BBC-nin məlumatına görə, 10 gün davam edəcək manevrlər Rusiyanın Ukraynaya təcavüzünün ildönümünə təsadüf edir və artıq ABŞ-ın tənqidinə səbəb olub.

Fevralın 17-dən etibarən Hind okeanında Cənubi Afrika sahillərində keçiriləcək təlimdə Cənubi Afrika Milli Müdafiə Qüvvələrinin 350 hərbi qulluqçusu iştirak edəcək.

Moskva bu yaxınlarda istismara verilmiş "Tsirkon" hipersəs gəmi əleyhinə raketləri daşıyan Şimal Donanmasının "Admiral Qorşkov" freqatı təlimə göndərib.

BBC qeyd edir ki, Cənubi Afrika Müdafiə Qüvvələri təlimlərə o qədər də açıq deyil.

ABŞ-da Rusiyanın iştirakı ilə keçirilən təlimlər narazılıqla qarşılanır. “ABŞ Rusiyanın Ukraynaya qarşı amansız müharibə apardığı bir vaxtda Rusiya ilə təlim keçirən hər hansı bir ölkənin narahatlığını ifadə edir”, - Ağ Evin yanvar ayında yaydığı bəyanatda deyilir.

Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın baş naziri etirazları dəstəkləyən Avropa Şurasının rəhbərinə cavab verib
Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”
Yüzlərlə insan İsraili tərk etməyə çalışır - VİDEO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi