Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8288
az

Anasının qarğışına tuş gələn,qızı gözünün qarşısında öldürülən aktrisamız: Nuriyyə Əhmədovanın həyat yolu +VİDEO

11:2026 Dekabr, 2018
2575
OXU24 TV
  • A
Bu gün xalq artisti Nuriyyə Əhmədovanın doğum günüdür.Femida.az xəbər verir ki, yaşasaydı, 68 yaşını qeyd edəcəkdi.

Femida.az xalq artistinin acılarla dolu həyat hekayəsini təqdim edir:


Ancaq Nuriyyə Əhmədovanın ölümü yaşadığı həyat kimi qəribə oldu. İllərdir, ev arzusu ilə yaşayan xalq artistinin sonuncu arzusu da ürəyində qaldı…

O, öz evində vəfat etməyi arzu etsə də, bu arzusuna da çata bilmədi. Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova 65 yaşında xəstəxanada vəfat etdi. Hər zaman tamaşaçını güldürən aktrisa bu dəfə ölümü ilə hamımızı sarsıtdı. Bu ölüm adi ölüm deyildi.

İllərini səhnəyə, sənətə həsr edən aktrisanın özü də xalq artisti kimi böyük adı daşıyan bir sənətkarın səhnədən və dünyadan nakam getməsi idi.


Əhmədova Nuriyyə Əliağa qızı 26 dekabr 1950-ci ildə Bakıda anadan olub.Atası hərbçi, anası isə evdar qadın olub. O, 1970-1974 –cü illərdə M.A.Əliyev adına ADİİ-da aktyorluq fakültəsində təhsil alıb.

Bəstəkar Tofiq Bakıxanovun xeyir-duası ilə Musiqili Komediya Teatrına işə qəbul edilən aktrisa burada “Məmmədəli kurorta gedir”, “Toy kimindir” tamaşalarında rol alır. Onun istedadını görən teatrşünas Cabir Səfərov ona İncəsənət İnstitutuna daxil olmağı tövsiyə edir. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət institutuna daxil olan Nuriyyə Əhmədova teatrda işləyə-işləyə 1974-cü ildə burada təhsilini müvəffəqiyyətlə başa vurur.

M.A.Əliyev adına Dövlət İncəsətən İnstitutunda aktyorluq fakültəsində təhsil alıb. İlk fəaliyyətinə Musiqili Teatrda başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə oldu.

Bir çox filmlərdə maraqlı obrazlar yaradan Nuriyyə xanım “Bağ mövsümü”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması”, Evlənmək istəyirəm”, “Fransız”, “Hər şey yaxşılığz doğru”, “Kişi sözü”, “Yuxu”, “Zirzəmi”, “Yoxlama” və onlarca müxtəlif xarakterli obrazlara kino həyatı bəxş edib.

Xalq artisti Nuriyyə Əhmədova Azərbaycan kinosunda özünəməxsus obrazları ilə yadda qalıb. Bir çox filmlərdə çəkilən Nuriyyə xanım gözəl aktrisa olmaqla yanaşı, həm də səmimi insandır. Onun "Həm ziyarət, həm ticarət", "Bəxt üzüyü", "Sahilsiz gecə" kimi filmlərdə yaratdığı obrazlar tamaşaçılar tərəfindən həm sevilib, həm də yadda qalıb.

Həyat yoldaşı və evliliyi…

1975- ci ildə gənc qız Xanlar İbadovla ailə həyatı qurur. Həyat yoldaşı o illəri belə xatırlayıb:

Xanlar İbadov:

“ Əvvəl tanımırdıq. Elə Musiqili Komediya Teatrında tanış olduq, amma tanış olandan sonra bildik ki, kim kimlərdəndir. İndi dəbdir, hamı deyir atamın, yaxud anamın səsi vardı, mənə ondan keçib. Həqiqətən mənim atam mikrofonsuz oxuyurdu. Mən Asəf Zeynallını bitirib Musiqili Komediya Teatrına gələndə Nuriyyə orda çalışırdı. Aktyor olmaq istəmirdim, vokal idi mənim sənətim. Vaxt itirməmək üçün teatrda işlədim, cəmi iki ay. O iki ayın içində Nuriyyəni seçdim. Görən kimi xoşum gəldi ondan, əvvəl çox baxdım, götür-qoy elədim. Teatrda mənə dedilər ki, neyləyirsən onu, o qız deyil ki, oğlanfasondur. Mən də çəkindim, ürək eləyib yaxınlaşmadım. Ordan Filarmoniyaya keçdim. Dekabr ayı idi, atam rəhmətə getmişdi, özümə gələ bilmirdim, getdim bir kafeyə ki, fikrimi dağıdım. Kafedən çıxanda qaranlıq idi, möhkəm də qar yağmışdı, yer buz olmuşdu. Bir də gördüm ki, Nuriyyə tamaşadan çıxıb evə gedir. İkimiz də eyni vaxtda o Xanlar dedi, mən Nuriyyə. Yola saldım onu, onunla da ünsiyyətimiz yarandı, başladım “podxod” eləməyə. Çox keçmədi, fikrimi də açıqladım.

Mərhum aktrisa həyat yoldaşı ilə tanışlığını və evlilik illərini belə xatırlayıb:


“ Yaxınlaşıb Xanlar demiş, “podxod” edənlər çox olurdu, heç kimi saya salmırdım. Elə bilirdim ki, heç ərə getməyəcəm, oxuyacam, işləyəcəm. Xanların intellekti məni cəlb elədi. O qədər mədəniyyətlə davranırdı ki, adam heyran qalırdı. Bəlkə Allahın qisməti imiş. Düzdür, sonra deyirlər ki, məni gördün, hayıl-mayıl oldun, sən seçdin, mən yox. Fikrini də mənə çox çətinliklə açdı. Hiss edirdim ki, izləyir, kənardan müşahidə aparır. Üç il görüşdük, sonra valideynlərimizlə tanış olduq. Anasının bunun üçün namizədi varmış, Xanlar birtəhər razı saldı anasını. Bir il də nişanlı qaldıq. 1975-ci ildə evləndik. Qanun – qayda ilə qız toyu, sonra da oğlan toyu oldu. 76-da qızımız dünyaya gəldi.


Xanlar çox qastrollara gedirdi. Neyləyək, işi belə idi də. Eyni vaxtda qastrolumuz olmurdu. Uşağa görə vaxt verirdilər, evdə oturub uşağı böyüdürdüm. Hamiləliyin 6-cı ayından çıxırdın məzuniyyətə, sonra da üç yaşına qədər uşağa baxa bilərdin. Xanlar da iki dəfə qarın nahiyəsindən əməliyyat olundu, 7 il oxumadı, oturdu evdə, olmazdı oxumaq. Mən də həm oxuyurdum, həm işləyirdim. Müxlis Cənizadə rəhmətlik dedi ki, əsil səhnəliksən, gəl instituta qəbul ol, sonra filmlərə də çəkilərsən. Azərbaycanlı qızı az idi sənətdə. Müəllimlər istəyirdilər ki, sənətə öz qızlarımız gəlsin. Şəmsi Bədəlbəyli də qoymurdu instituta gedəm, o, da istəmirdi aktrisasını itirsin. Axır ki, sənədlərimi verdim, kinoaktyorluq fakültəsi də həmin il açılmışdı, Adil İsgəndərov qəbul elədi məni. Evdə hələ heç kim bilmirdi, sonralar anam xəbər tutdu. Cuhudun, erməninin evlərində kirayədə qalırdım. Evimiz Bakı kəndində idi, tamaşalara, instituta çatdıra bilmirdim, ona görə mərkəzdə kirayə qalmalı olurdum.

Sənətkarın sənət sahəsində uğurları kifayət qədər olsa da, həyatda onun bəxti heç də gətirmədi. Kinolarımızın sevimli aktrisası Nuriyə əhmədova tarixin ən bəxtsiz insanları sırasında bəlkə də ilk yerləri tutacaq bir sənətkar oldu. Bəli, onun 2 övlad itkisi, illərini kirayələrdə keçirməsi, başına gələn müxtəlif qəzalar və sonunda adi bir ölüm…


Sevilən aktrisa ölümün hər an onu izlədiyini deyirdi. Mətbuata müsahibə verən zaman müxbirin ona ünvanladığı bu suala cavabı da onun ümidsiz olduğunu bir daha göstərdi.

2015-ci ildən nə gözləyirsiniz sualına Nuriyyə xanımın cavabı belə olur:

“ Sakitlik, əminamanlıq gözləyirəm. İnşallah Qarabağımız azad olar. Ancaq mən özümlə bağlı o qədər də ümidli deyiləm.”

Bəlkə də onun bu cür ümidsizliyə qapanmağa haqqı da var idi. Axı o 2 övladını, sağlamlığını itirən bir qadındır.
Nuriyyə xanımın övlad itkisi bəlkə də, onun həyatının şah damarının üzülməsinin əsasında dayanır. O özü mətbuata açıqlamasında bu dərdin onun belini üzdüyünü və sonunun gəldiyini söyləyirdi. Elə belə də oldu. Xoşbəxtliyin ona qıymadığını ölüm ona qıydı.

2 övlad itirən ananın faciəsi…

Qeyd etdiyim kimi, sevilən aktrisanın üzündən gülüşün yox olmasının əsasında övlad itkisi dayanır. Axı, qız övladının qanlı paltarda meyitini görmək və bunu qəbul edib yaşamaq hər ananın işi deyil. Nuriyyə Əhmədovanın qızı çox faciəvi şəkildə qətlə yetirilir. Özü də həyat yoldaşı tərəfindən. Bəxti qara bu qadın o çətin hadisəni belə xatırlayıb:

Qızımı gözümün qabağında öldürdü…


“ Xanların analığının evində olurduq. O da mübahisəli ev oldu, işimiz məhkəməyə düşdü. Bizim qızımız da həmin evdə faciəli surətdə həlak olandan sonra o evdən özümüz imtina etdik. Qız ailə qurmuşdu, uşağı olmuşdu, 40-ı çıxınca bizimlə qalmalı idi. Uşaq 20 günlük olanda yoldaşı qızımı qətlə yetirdi, öz gözlərimin önündə, öz qucağımda qız getdi əldən. Qız xoreoqrafiyanı bitirmişdi, rəssamlığa da meyli böyük idi. Hardan bu oğlan çıxdı qarşısına... Aviasiyada oxuyurdu, vermək istəmirdik. Qızı başdan elədi, deyirdi ki, ana, yazıqdır, anasız oğlandır, ona getməsəm, özünü öldürəcək. Götürdü qaçırdı balamızı. Əlac kəsildi, toyunu elədik. Qız hamilə olanda, uşaq təzə olanda bizimlə qalırdılar. Səhər tez durub öz balam kimi qulluğunda dururdum, onu dərsə yola salırdım. Sən demə, oğlan psixi xəstə imiş, anası nə qədər ki, sağ imiş, bunu vaxtlı- vaxtında müalicə etdirirmiş. Ana rəhmətə gedəndən sonra ata boş buraxıb, müalicə etdirməyib. Qızın da bundan xəbəri yox. Bizə də məhkəmə prosesində dedilər. Tutmasının vaxtı gəlib, qızımızı bədbəxt elədi. Qızı öz balasına qısqanırdı. Qız getdi, balası qaldı ümidimizə. Oğlanı da həbs etdilər, müstəntiq dedi ki, xəstədir, amma ortalıqda qalsa, yenə xətalar edə bilər, elə həbs olunsa yaxşıdır. Görüm, onu iki gözündən olsun, indi həbsdən çıxıb manyak, azadlıqdadır. Həmin vaxt filmə çəkilirdim, Vaqif Mustafayevin “Yerlə göy arasında” filmində öz faciəmi oynadım. Sağ olsun Vaqif, dedi ki, çəkilsin, başı sənətinə qarışsın, yoxsa yaşaya bilməz.
Qızın qanı üstümdə qalmışdı, necə özümə gələ bilərdim. Uşağın ruhu ilə danışırdım. Yuxu deyildi, açıqca görürdüm. Bayılıb yıxılırdım, qız mənə kömək edib qaldırıb divana uzandırırdı məni. Rəhman vardı, psixoloq, deyirdi ki, dəyməyin, qoyun qışqırsın, öz-özünə danışsın, mənfi enerjisi çıxsın bədənindən. Qışqırmaq istəyirdim, səsim batdığından qışqıra bilmirdim. Təcili yardım həyətimizdən əskik olmurdu.

Bir gün necə oldusa, birdən yadıma düşdü ki, bəs uşaq hanı? Tez qalxdım, getdim arxasınca, ata tərəfdən alıb gətirdik, sənədlərini düzəltdik. Onun üçün yaşamaq məni yaşatdı. İndi də 8-ci sinifdə oxuyur, onun üçün çalışırıq, qızın qoxusunu alırıq. O anda kinoya çəkilməsəydim, bəlkə heç uşaq da məni yaşada bilməzdi.”
Başıbəlalı qadının həyatdan aldığı zərbə bununla bitmədi. Həyat elə bil ondan qisas alırdı. Özü də valideynin və xüsusilə də ananın ən zəif nöqtəsi- övlad!!!
Hər zaman kinolarda oynadığı rolu aktrisa bu dəfə öz həyatında oynadı. İkinci övlad itkisi ilə.

Oğlu Əli Xanlar oğlu İslamzadə uzun sürən xərçəng xəstəlikdən sonra 37 yaşında vəfat etdi. Bu Nuriyyə xanımın aldığı zərbələrdən bəlkə də, ən böyüyü oldu. Aktrisa açıqlamasında övladlarının bu cür faciəvi şəkildə dünyadan köçməsində özünü günahkar olduğunu bildiridi.

Nuriyyə Əhmədova onun başına gələnlərin anasının ona etdiyi qarğışla da bağlayırdı.O, bu haqda danışırdı:

“ Anamın qarğışı məni tutub. Həm də necə tutub. Qarğış da nə qarğış. Mən zülmlər içində qovruldum. Heç bu sənətin xeyrini görmədim. Qonorarım yaxşı olurdu, amma haradan gəlib hara gedirdi, bilmirdim. Gözümü açırdım ki, pul yoxdur. Balalarımı pis günlə saxladım, amma heç birinin xeyrini görmədim. Qızımı 20 yaşında itirdim. Oğlum isə 37 yaşında. Bu dərdlərin yanında evsizliklə çoxdan barışmışam.”

Uğursuzluq onu anbaan izləyirdi. 4 aprel 2014 –cü ildə aktrisa sərnişin avtobusundan düşmək istəyərkən yıxılır və bərk əzilir. Onu ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilir. Uzun müddət yataq xəstəsi olan aktrisa bununla da həyatdan tamamilə əlini üzür. Üstəlik, həyat şəraiti də onu ümidsiz edirdi.

Ömrünü kirayədə başa vuran xalq artisti…

Aktrisa ən böyük arzusunun evi olması və orada rahat yaşamaq istəməsi olduğunu da dəfələrlə bildirib. Ancaq bütün arzuları kimi, bu arzusu da ürəyində qaldı.O, dəfələrlə kirayədə yaşamaqdan bezdiyini və artıq yorulduğunu deyirdi. Hətta, ölən də öz evindən cənazəsinin çıxarılmasını istəyirdi. Amma bu dəfə də təəssüf… Tale onun bu arzusunu da ürəyində qoydu… 65 yaşlı akrtisanın meyidi kirayədən dəfnə yola salındı.

Həyatda yerinə yetən yeganə arzusu… Amma…

Nuriyyə Əhmədova həyatda uğur əldən etməyincə, son arzusunu da açıqlamışdı. Vaxtsız övlad itkisi onu həyatdan qırmışdı. O, ancaq “o dünyada” övladı ilə rahat uyumaq barədə düşünürdü və arzusuna da çatdı. Xalq Artisti Mərdəkanda oğlunun yanında dəfn olundu. Bu onun həyatda çatdığı yeganə arzusu oldu.
Hər zaman obrazlarda gülən və güldürən aktrisa bu dəfə ağladı və ağlatdı. Özü də təkcə vaxtsız ölümü ilə yox, həm də qara taleyi ilə. Bu da kinomuzun gülən üzü Nuriyyə Əhmədovanın sona çatan ömür hekayəsi.
Allah rəhmət eləsin.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diqəmlə Şahmazın əsirliyinə şahidlik edən
Azərbaycanda daha bir biabırçılıq:Qadın müğənni oxuyan zaman pulları xəzəl kimi səpdilər
Çılpaq videosu yayılan qızdan yeni xəbər var: Ərə gedir

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ