Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82853
az

Minaya ağır cəza verildi: Həbs, qamçı və qəbrlərin yuyulması - FOTO

18:1016 Fevral, 2023
175
CƏMİYYƏT
  • A
Ərak şəhərində yaşayan azərbaycanlı fəal Mina Yəqubi 11 il həbs, 84 şallaq zərbəsi və iki il sürgün cəzasına məhkum edilib.
 
OXU24.COM  oxu.az-a istinadən xəbər verir ki, bu barədə Mina Yəqubi özünün sosial media hesabında paylaşım edib.
 
Bədən tərbiyəsi müəllimi olan Mina Yəqubi etirazlara qatıldığı üçün həbs edilib və ötən ilin oktyabrında girov qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılıb.
 
O, günahsız olduğu üçün əfv ərizəsi yazmaqdan imtina etdiyini, təcridxanada olduğu müddətdə hər gün 12 saat təzyiqlər altında dindirildiyini yazıb.
Qadın fəal deyir:
 
"Uzun müddət gündə 12 saat dindirilməyə və ağır işgəncələrə məruz qaldım. İndi mənə 11 il həbs cəzası, 124 saat qəbirləri yumaq, 85 şallaq və iki il sürgün cəzası verilib".
 
Azyaşlı qız uşağının anası olan 23 yaşlı Yəqubi təcridxanada işgəncə edildiyi üçün sərbəst buraxıldıqdan sonra uzun müddət xəstəxanada müalicə alıb.
 
O, təcridxanadan çıxdıqdan sonra ağır döyüldüyünü göstərən fotolarını paylaşıb.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəmaləddin Heydərovdan yeni təyinatlar
Vasif Talıbovla oğlu kənarda qaldı
Limonu dondurub yesək nə baş verər? - Alimlərdən yeni "kəşf"

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Keçmiş məhkum 15 min manatlıq dələduzluq etdi