Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
828
az

Azərbaycanda peyğəmbərin tikə-tikə doğrandığı ziyarətgahdan

13:0919 Aprel, 2018
2895
MÜSAHİBƏ
  • A
 Beyləqan rayonunun mərkəzindən 3-4 km şimal-şərqdə, Şəfəq qəsəbəsində bir ziyarətgah yerləşir. Haqqında bir çox rəvayətlər dolaşan bu ziyarətgahın əslində çox qədim tarixi var. Ziyarətgah İsa Peyğəmbərdən sonra, təxminən III-IV əsrlərdə yaşamış və 77 il ömür sürmüş, əslən Fələstindən olan Cərcis peyğəmbərin adı ilə bağlıdır. Sonralar o Mosula köçüb. O vaxtlar Mosulda bütlərə inanan zalım bir padşah hakimiyyət sürürdü. Cərcis Peyğəmbər camaatı bütlərdən döndərib Allaha doğru çağırmağa başlayıb. Xeyli adam, hətta padşahın arvadı da imana gəldi. Padşah Cərcis Peyğəmbəri öldürmək üçün onu ən ağır işgəncələrə məruz qoyur.

Peyğəmbər dörd dəfə ölümcül işgəncə altına düşür: Onun bədəninin ətini dəmir daraqla qoparırlar. Onu qaynar yağın içinə atırlar, odda yandırır, başına mismar vururlar. Amma hər dəfə Allah-təala Həzrət Cərcisi sağ-salamat saxlayır. Ona görə də Cərcis Peyğəmbəri dörd dəfə ölüb-dirilən peyğəmbər də adlandırırlar. Rəvayətə görə Cərcis Peyğəmbəri Beyləqan ərazisində tikə-tikə doğrayıb, quyuya atıblar. Bu hadisədən sonra onun ətrafında olan insanlar həmin ərazini ziyarət üçün hasara alır.


Oxu24.com Femida.az-a istinadən  el arasında “ Zəncirli pir”, “ Sarı Peyğəmbər” kimi adlandırılan Cərcis peyğəmbər ziyarətgahından hazırlanan reportajı təqdim edir:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orqanizminizi mikroblardan təmizləyin
Azərbaycan incəsənətinə böyük itki: Arif Məhərrəmov vəfat edib - FOTO
“VAZ 2106” ilə qoyunları vurub öldürdü

Günəşdə 10 güclü alışma baş verib

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı