Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8274
az

Gecə yarısı evə girib 16 yaşlı qızın saçından tutdu və … Azərbaycanda zorlanma cinayəti

20:1025 Dekabr, 2018
1152
KRİMİNAL
  • A
 Ağdaş rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı cinayət törətməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü İsmayıl İsayevin (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com “publika.az”a istinadən xəbər verir ki, İsmayıl İsayev əvvəllər Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək),

177.2.2-ci (təkrar oğurluq törətmək), 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək,

177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək), 29,177.2.1, 29,177.2.2 və 29, 177.2.3-cü (oğurluğu cəhd göstərmək) maddələri ilə ittiham edilib.

Həbsdən çıxdı və kəndlərinə qayıtdı

İsmayıl İsayev həmin maddələrlə ittiham olunub və Ağcabədi rayon Məhkəməsinin 18 iyun 2014-cü il tarixli hökmü ilə məhkum olunub. Qaradağ rayon Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib. O, Ağdaş rayonunun Xosrov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayıb.

İsmayıl İsayev həbsdən çıxandan bir neçə ay sonra seksual xarakterli zorakılıq hadisəsi törədib. O, həmin hadisəni törədən zaman sərxoş vəziyyətdə olub.

Gecə yarısı intim istək

Belə ki, İsmayıl İsayev 1 iyul 2016-cı il tarixdə, gecə saat 00.45-də sərxoşluğu vəziyyətində öz cinsi ehtirasını qeyri-təbii yolla təmin etmək həmkəndlisi, 2000-ci il təvəllüdlü Sevda Əliyeva ilə cinsi əlaqədə olmaq istəyib. O, həmin vaxt Sevdanın yaşadığı Xosrov kəndindəki həyət evinə gəlib.

Daha sonra hasardan aşan İsmayıl Sevdanın yatdığı otağa daxil olub. Həmin vaxt çarpayısında üzü üstə yatmış vəziyyətdə olan Sevdanın yatağına girib.

Qızın yatağına girdi

İsmayıl Sevdanın üstünə uzanaraq qaçmasın deyə ona qarşı fiziki zor tətbiq edib. Sonra bir əli ilə saçından tutub, özünə tərəf çəkib.
Həmçinin İsmayıl Sevdanın qışqıraraq evdə olan valideynlərini köməyə çağıra bilməsin deyə digər əli ilə onun ağzından tutub.

Bundan sonra İsmayıl Sevdanın saçını buraxıb və həmin əli ilə onun sol süd vəzisindən tutub. Həmin vaxt xəsarətlər yetirməklə Sevda ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib.

Səs-küyə qaçdı, amma həbs edildi

Bu zaman yuxudan oyanan Sevda onun əlini dişləyərək qışqırıb. O, qonşu otaqda yatan valideynlərini köməyə çağırıb.

Səs-küyün yarandığını görən İsmayıl İsayev onun üstündən qalxıb və otaqdan qaçıb.

Sevda Əliyevanın valideynləri baş verən olayla bağlı rayon polis şöbəsinə müraciət ediblər. Polisin keçirdiyi əməliyyat nəticəsində İsmayıl İsayev həbs edilib.

İstintaq orqanı tərəfindən İsmayıl İsayevin barəsində Cinayət Məcəlləsinin 29,150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

5 il 6 ay cəza

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl İsayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan İsmayıl İsayev apelyasiya şikayəti verib. O bildirib ki, Sevda Əliyevanı seksual xarakterli zorakı hərəkətlər etməsinə cəhd etdiyini göstərən hər hansı bir sübut olmayıb. Qeyd edib ki, zərərçəkənin üzərində xəsarətlər, zərərçəkənin paltarlarında onun paltarlarının lifləri aşkar olunmayıb.

Məhkumun istəyi reallaşmadı

İsmayıl İsayev təqsirliliyi sübut edilmədiyi halda, zərərçəkmiş tərəfin qərəzli məlumatları əsasında törətmədiyi cinayətə görə – əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 29,150.2.3-cü maddələri ilə təqsirli bilinib. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə İsmayıl İsayevin şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan İsmayıl İsayev kasasiya şikayəti verib.

İsmayıl İsayevin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Bu yaxınlarda açıqlanan qərara görə, İsmayıl İsayevin kasasiya şikayəti təmin olunmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cəlilabaddan ACI XƏBƏR: ölən və xəsarət alanlar var
Bakıda tələbə qızları izləyən manyak PEYDA OLDU -FOTO
Sabirabadda ana doğuşdan sonra öldü

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı