Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8265
az

Bakıda 4 bacının tək qardaşını qətlə yetirən tələbənin kənddəki ata evi daşa basılıb - Təfərrüat

17:1925 Dekabr, 2018
966
KRİMİNAL
  • A
 Bakıda həmkəndlisini qətlə yetirən Ağstafa rayonunun Dağ Kəsəmən kənd sakini Rauf Murğuzovun rayondakı ata evi daşa basılıb. Bu barədə kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, qətli törədən R. Murğuzov həbs olunmasına baxmayaraq, öldürdüyü həmkəndlisi Elman Xəlilovun qadın qohumları evi daşa basıb, şüşələrini sındırıblar.

oxu24.com -un  məlumatına görə, yeniavaz.com məsələ ilə bağlı Dağ Kəsəmən kənd icra nümayəndəsinin müavini Anar İsmayılovla əlaqə saxlayıb.

A. İsmayılov belə bir hadisənin baş verdiyini təsdiqləyib: "Qətlə yetirilən Elman Xəlilov həqiqətən çox mərifətli bir oğlan idi. Kənddə ona dərs deyən müəllimlərlə əlaqə saxladıq, onlar da bunu təsdiqlədilər. Öz biliyinə güvənən, istedadlı şagirdlərdən olub, məktəbi bitirib ali məktəbə daxil olmuşdu. Ona görə də belə bir gəncin qətlə yetirilməsi qohumlarını sarsıdıb. Qadınlar cinayəti törədən Rauf Murğuzovun böyüdüyü kənddəki evin qarşısına gələrək, daşlayıblar. Ancaq polislər bunun qarşısını alıblar və hazırda ev mühafizə olunur".
Arzuladığınız mənzil və ya torpaq sahəsinə sahib olun.

İcra nümayəndəsinin müavini hadisəni törədən R. Murğuzovun kənddə idmançı kimi tanındığını, ancaq onun barəsində indiyədək narazılıq eşitmədiyini bildirib: "O da pis uşaq deyildi, amma niyə belə edib, başa düşmürük. Hadisənin nəyin üstündə baş verməsi barədə dəqiq məlumatımız yoxdur, polis araşdırır. Bəzi saytlar isə mübahisənin səbəbi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar paylaşıblar".

"Daşa basılan evdə hazırda kim yaşayır?" sualımıza icra nümayəndəsinin müavini belə cavab verdi: "Cinayəti törədən şəxsin anası Bakıdadır. Kənddəki evləri boşdur. Onun həyat yoldaşı isə bir neçə il öncə xəstəlikdən dünyasını dəyişib. Raufun anası bir neçə ildir onunla Bakıda kirayədə yaşayırdı".

Qeyd edək ki, Ağstafa rayonunun Dağ Kəsəmən kənd sakini Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlunu qətlə yetirib.
Qətlə yetirilən Elman Xəlilov Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin, hadisəni törədən Rauf Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi idi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ