Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82617
az

Kartof şirəsi ilə müalicə necə aparılır? - 5 xəstəliyə ÇARƏ

22:5913 Fevral, 2023
152
CƏMİYYƏT
  • A
Hələ qədim Sibir loğmanları kartof şirəsinin faydalarını bilirdilər. Eləcə də kartof şirəsindən Mayya və Amerika hinduları yarasağaldıcı kimi istifadə edirdi.
 
Rus mənbələrinə görə, təzə kartofun yeni çəkilmiş şirəsi səhər acqarına içilir, sonra yarım saat uzanır, səhər yeməyi 1 saat sonra yeyilir. Bu müalicə 10 gün təkrarlanır, 2 həftə fasilədən sonra təkrarlanır. Keçmişin resepti indiyə kimi əlbəəl gəzir, daha çox mədə yaralarında dərman kimi tanınır.
Medicina.az təzə kartof şirəsinin faydalarını və istifadə qaydasını təqdim edir.
 
Kartof şirəsinin iltihab əleyhinə təsiri onu dəri xəstəlikləri, sızanaq, səpkilərdə də əvəzsiz edir. Civzə və sızanaqlara da təzə kartof şirəsi çəkilə bilər. Eləcə də şirə piqment ləkələri soldurur.
 
Kartof şirəsi daban çatlarını da sağaldır.
 
İstənilən yara, təzə çapıq, yanıq izi, zədənin də üzərinə katrof şirəsində isladılmış tənzif qoymaq olar.
 
Yadda saxlayın ki, kartof şirəsi içilən ərəfədə süd və süd məhsulu istifadə etmək olmaz. Şirəni çöplə sümürüb içmək lazımdır, çünki şirə dişləri sıradan çıxarır. Hər qəbuldan sonra ağız və boğaz ilıq su ilə yaxalanır.
 
Özlüyündə kartof şirəsi dadı acı olsa da, ona əlavə nələrsə qatmaq olmaz.
 
Çox adam bilmir ki, bu tərəvəzdə digər meyvələrdən də çox C vitamini vardır. Eləcə də çiy kartofda fosfor, dəmir, kaliy, niaçin, kalsiy, B 1 vitamini vardır.
 
Təzə kartof şirəsinin digər xəstəliklərdə faydası:
 
Çiy kartof qanda, damarlarda xolesterini azaldır
Ürək-damar sisteminin işini stabilləşdirir
Bütün bədəndə iltihab prosesini azaldır
 
Qastrit, xora, bağırsaq yaraları, reflüks, yüksək mədə turşuluğuna qarşı effektivdir, lakin aşağı zəif turşuluqlu mədəyə olmaz.
 
Kimlər ehtiyatlı olmalıdır?
 
- Şəkərli diabet xəstələri
- Hamilələr
- Yeni əməliyyat olanlar
- Uşaqlar
- Qanaması olanlar
 
Qəti:
 
Köhnə, göyərmiş, cücərmiş kartofun suyunu müalicə üçün istifadə etməyin. Belə kartofda zərərli toksinlər var.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Siqaretlə ehtiyatsız davranma Bakıda CAN ALDI -VİDEO
Yaponiya sahillərində güclü zəlzələ oldu
Makron yeni baş nazir seçir: Hökumət başçısı siyasətçi olmayacaq

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Xaçmazda avtomobillər toqquşdu: xəsarət alanlar var