Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82584
az

Türkiyə üçün bunlar lazımdır

15:3013 Fevral, 2023
142
  • A

Bakıda Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkənlərə yardım toplanması kampaniyası ilk gün olduğu kimi sürətlə davam edir.

"Repor"un əməkdaşı fevralın 13-də yardımın toplandığı ünvanlardan biri olan Heydər Əliyev adına İdman-Konsert Kompleksinə baş çəkib.

Məlum olub ki, bu gün də xeyli sayda insan aksiyaya qoşulub, zərərçəkənlərə yardım gətirib.


Universitet tələbələri, eyni zamanda orta məktəb şagirdlərindən ibarət könüllülər geyimləri çeşidləyərək hüquq mühafizə orqanlarının əməkdaşlarına təqdim edirlər. Həmin o yüklər xüsusi təlim keçmiş itlər vasitəsilə yoxlanılaraq daşınması üçün nəzərdə tutulan TIR-lara yüklənilir.

Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Öndər Aksoy "Report"a açıqlamasında deyib ki, zəlzələ baş verəndən indiyədək Bakıdan Türkiyəyə 117 TIR yardım göndərilib.


Onun sözlərinə görə, artıq bir həftədir ki, zəlzələdən zərərçəkən vətəndaşlar üçün yardım toplama kampaniyası davam edir:

"Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır. Təkcə dünən 26 TIR yardım göndərmişik. Ümumilikdə indiyədək zəlzələ bölgəsinə 117 TIR yardım yola salmışıq. Bu gün isə 10-15 TIR-ın yola salınması nəzərdə tutulur".

Ö.Aksoy təcili tələb olunan vasitələrin adlarını da açıqlayıb:

"Hazırda geyimlərə ehtiyac yoxdur. Daha çox lazım olan məhsullar - qış çadırı, odeyal, generator, qızdırıcı, yatma kombinzonu, aşılıb yığılan yataq, çadırın içərisinə salmaq üçün xalça. Bunlar bizə gələn kimi birbaşa Türkiyəyə yollayırıq".


Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 31 643 nəfər ölüb, 80 278 nəfər isə yaralanıb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya aprelin 30-dək qanunsuz miqrantları ölkədən çıxarır
Rusiya və Ukrayna hərbi əsirləri dəyişdi
Əsirləri dəyişdilər

Evə girən ayı görün harada yatdı

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı