Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82562
az

Polis qadını tutdu,əhaliyə müraciət etdi -DİQQƏT!

12:3713 Fevral, 2023
540
REDAKTORUN SEÇİMİ
  • A
Şirvanda dələduzluq etməkdə şübhəli bilinən qadın saxlanılıb. Bu barədə "Oxu24.com-"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Belə ki, Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Nəsibə Mahmudova saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, N.Mahmudova şəhər sakini olan altı vətəndaşın etibarından istifadə edərək, onları işlə təmin edəcəyi barədə vədlər verərək, zərərçəkənlərin ümumilikdə 13200 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, N.Mahmudova barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları həmin qadının digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər N.Mahmudovanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN vətəndaşlara müraciət edib - TƏCİLİ
Hava ilə bağlı XƏBƏRDARLIQ
Müəllim nazirə şikayət edir - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ