Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8253
az

Polis əhaliyə müraciət etdi: Meyit tapılıb, sol əlinə “Zenfira”, sol ayağına “Çox sağ ol” yazılıb (FOTO 18+)

12:3225 Dekabr, 2018
1121
KRİMİNAL
  • A
Cari ilin oktyabr ayının 19-da Sumqayıt şəhəri Babək və Ü.Hacıbəyov küçələrinin kəsişməsində müəyyən edilən avtomobilin sürücüsü tərəfindən təxminən 55-60 yaşlarında kişi piyada vurulub.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, piyada aldığı xəsarətlərdən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb. Keçirilən əməliyyat tədbirləri zamanı piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onun xarakterik əlamətləri belədir: boyu 173 santimetr, normal bədən quruluşlu, saçlarının rəngi ağdır. Piyada vurulan zaman əynində tünd göy rəngdə qısaqol köynək və qara rəngdə şalvar olub.

Dünyasını dəyişən piyadanın sol əlinin biləyində kiril əlifbası ilə “Zenfira”, sol əl nahiyyəsində “ANA”, sol ayağının pəncəsində “Çox sağ ol”, sağ ayağının pəncəsində “TƏMİZ YU” və sol əlinin barmaqlarının üzərində “19?1” döymələri var.

Şəxsiyyəti məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sumqayıt Şəhər Polis İdarəsinə (018) 65-4-02-02, (012) 590-66-10, həmçinin (077) 458-17-18, (050) 363-99-90 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın küçədə qan içində qaldı... — Polis dərhal həbs etdi / VİDEO
Əri işə gedən kimi sevgilisini yatağına saldı, sonra atası... - Azərbaycandakı olay HAMINI ŞOKA SALACAQ
Bakıda  qızlara söz atan  oğlan  öldürüldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü