Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8248
az

Mehriban Əliyeva bəyanat yaydı: Sosial şəbəkələrdə xanımın adından profil açanlar kimdir?

10:4825 Dekabr, 2018
1525
SİYASƏT
  • A
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi sosial şəbəkələrdə xanım Mehriban Əliyevanın adından saxta hesabların yaradılması ilə bağlı narahatçılığını ifadə edib.

Oxu24.com  xəbər verir ki, bununla bağlı Katibliyin yaydığı bəyənatda deyilir:

"Son zamanlar sosial şəbəkələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın adından saxta hesabların yaradılması, fotoşəkillərini paylaşaraq ona aid olmayan fikir, sitat və ölkə vətəndaşlarına müraciətlərin yayımlanması geniş yer alıb. Bu cür yalan yazıların artmasını nəzərə alaraq, onların yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi bəyan edir ki, xanım Mehriban Əliyeva heç bir sosial şəbəkə istifadəçisi deyil və onun bütün müraciət və bəyanatları auditoriyaya yalnız rəsmi KİV vasitəsilə çatdırılır.

Media və sosial şəbəkələrdə ölkənin Birinci vitse-prezidenti adından dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair saxta açıqlamaların verilməsi çaşqınlıq doğurur. Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətinə dair dolğun, rəsmi və doğru informasiyaya sərbəst çıxış mövcud olduğu halda, həqiqətə uyğun olmayan məlumatların istifadəsi və paylaşılması yolverilməzdir.

Təkidlə hər kəsi məsuliyyətli olmağa və yoxlanılmamış, saxta və təxribat xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı