Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82475
az

Sürücü həbs edildi

09:4012 Fevral, 2023
191
KRİMİNAL
  • A
Masallıda narkotikin təsiri altında olmaqda şübhəli bilinən sürücü həbs edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Masallı şəhəri ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini İbrahim Əlizadənin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən, İ.Əlizadənin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. İnzibati xətanı il ərzində təkrar törətdiyi üçün məhkəmənin qərarı ilə İ.Əlizadə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 8 gün müddətində inzibati qaydada həbs edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb
Faciəli şəkildə öldü
Azərbaycanda 15 yaşlı qız intihar etdi