Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82394
az

Azərbaycan neftinin qiyməti 2 dollardan çox bahalaşıb

10:4711 Fevral, 2023
353
  • A

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,34 ABŞ dolları, yaxud 2,7 % artaraq 88,70 ABŞ dolları təşkil edib.

Bu barədə Oxu24.com-a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin aprel fyuçersləri 86,39 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Bankı dollar və yuanın məzənnəsini qaldırıb
Soğanın qiyməti kəskin artıb- Video
“İki ayın pensiya artımları fevralda ödəniləcək”

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+