Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8238
az

İlham Əliyev ad gününü harada və necə keçirir? – Araşdırma

20:2324 Dekabr, 2018
778
SİYASƏT
  • A
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün 57 yaşını qeyd edir.

Təvazökarlığı həyat tərzinə çevirən və "Mən xalqın birinci xidmətçisiyəm və bütün məmurlar belə işləməlidir” deyən Prezident İlham Əliyev doğum günlərini müxtəlif təbəqələrdən olan sadə vətəndaşlarla qeyd edir.


Sfera.az bildirir ki, Azxeber.com Prezident İlham Əliyevin ad günlərini harada və necə qeyd etməsi ilə bağlı araşdırma aparıb.


2011-ci ildə dövlət başçısı 50 yaşını ailəsi ilə birgə cəbhə xəttində əsgərlərlə keçirib. Məcburi köçkünlərlə görüşüb ad gününü Şuşada qeyd etmək arzusunda olduğunu bildirib.


2012-ci ildə isə İlham Əliyev Sumqayıtda Qarabağ müharibəsi və şəhid ailələri üçün inşa edilən 12 mərtəbəli 96 mənzilli binanın açılış mərasiminə qatıldı.


2013-cü ilin bu günündə Prezident Bakının Ramana qəsəbəsində Sağlamlıq imkanları məhdud gənclərin peşə Reablitasiya Mərkəzinin yenidən qurmasından sonra açılışını etdi.


2014-cü ildə doğum günündə ölkə başçısı Bakı Ağ şəhərin inşası başa çatan ofis binası və layihə çərçivəsində görülən digər işlərlə tanış oldu. Müvafiq göstərişlər verdi.


2015-ci ildə dövlət rəhbəri paytaxtın Nərimanov rayonundakı gözdən əlillər üçün inşa olunan yaşayış binasının açılış mərasiminə qatıldı. Sakinlərlə görüşüb, onları maraqlandıran məsələlərlə bağlı danışdı.


2016-cı ildə Prezident 55 yaşını Yeni Yasamalda sosial evlərin təməlqoyma mərasiminə qatılan sadə vətəndaşlarla birlikdə keçirdi. Onların problemlərini şəxsən öz dillərindən dinlədi və həlli üçün müvafiq tapşırıqlar verdi.


2017-ci ildə İlham Əliyev "Bakı Ağ Şəhər”də yerləşən dairə və dördçıxışlı piyada keçidinin açılışında, yeni salınmış parkın, inşası və abadlığı başa çatan məhəllələrin təqdimat mərasimində iştirak edib.


Bu il də öz ənənəsinə sadiq qalan Prezident İlham Əliyev ad günü ailəsi ilə birlikdə Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin açılış mərasiminə qatılıb. Xatırladaq ki, bu yaşayış kompleksi məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcikdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı