Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8235
az

Azərbaycanlı jurnalisti erməni qətlə yetirib

19:3724 Dekabr, 2018
713
  • A
Ukrayna Təhlükəsizlik Xidməti Mərkəzi Afrika Respublikasında üç Rusiya jurnalistinin qətlində şübhəli bilinən "Vaqner" xüsusi hərbi şirkətin 10 muzdlusunun şəxsiyyətini müəyyənləşdirib.

Oxu24.com xəbər verir ki, qurumun saytında verilən məlumata görə, "Vaqner" muzdluları bu ilin əvvəlində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi (keçmiş QRU) tərəfindən Afrika ölkəsinə göndərilib.

Muzdlu döyüşçülər "M-Finans" şirkətinin əməkdaşları kimi təqdim ediliblər. Onları Afrikaya rusiyalı biznesmen Yevgeni Priqojinin şəxsi təyyarəsi ilə çatdırıblar.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, "M-Finans" şirkətinin vəzifələrinə Mərkəzi Afrika Respublikasında yerli hərbiləşdirilmiş qruplaşmaların üzvlərinin təlimatçı hazırlığının həyata keçirilməsi də daxildir.

Ümumilikdə, Ukrayna Təhlükəsizlik Xidməti "M-Finans"-ın "təhlükəsizlik xidməti"nin tərkibində Mərkəzi Afrika Respublikasında Rusiyanın hərbi kəşfiyyatının rəhbərliyi ilə xidməti məsələlərin icrasına cəlb edilən 37 Rusiya vətəndaşının şəxsiyyətini müəyyən edib. Onlardan 10-u bilavasitə Rusiya jurnalistlərinin qətli günündə Mərkəzi Afrika Respublikasında olub. Qeyd edilir ki, bu şəxslərdən əksəriyyəti Ukraynanın şərqində və Suriyada terror fəaliyyətində iştirak edirdilər. Onların arasında erməni mənşəli muzdlu da var.

Həmin 10 nəfərin adları aşağıdakılardır:

Zaliçev A.B. - 1984-cü il;

Qruzdenok R.V. - 1976-cı il;

Yudov S.M. - 1968-ci il;

Farafonov A.Y. - 1975-ci il;

Kirakosyan A.A. - 1976-cı il;

Sotov A.A. - 1976-cı il ;

Bubnov A. - 1971-ci il;

Vildyayev V.V. - 1977-ci il;

Minibayev İ.R. - 1988-ci il;

Zavadski S.Y. - 1975-ci il.

Qeyd edək ki, MAR-da sənədli film çəkən rusiyalı jurnalistlər iyulun 31-də naməlum şəxslər tərəfindən qətlə yetiriliblər.

Əslən azərbaycanlı olan Rusiya jurnalisti Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyev Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkirmişlər. Məlumatlara əsasən, rusiyalıları blokpostda saxlayıblar və daha sonra onların ölüm xəbəri gəlib./Publika.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI -Üzərində külli miqdarda PUL OLUB
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi
Arvadını sevindirmək üçün 4 minlik BUKET OĞURLADI

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU