Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8234
az

Qonşu ölkədə donuz qripi həyəcanı

19:0224 Dekabr, 2018
745
DÜNYA
  • A
 Batumidə “donuz qripi” adı ilə tanınan A qrip virusundan (H1N1) ölüm halı qeydə alınıb.

Bu haqda Oxu24.com Gürcüstan informasiya vasitələrinə istinad edərək xəbər verir.

Batumi Respublika Xəstəxanasından bildiriblər ki, dekabrın 17-də 53 yaşlı qadın kəskin nəfəs çatızmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Ölüm səbəbinin A qrip virusu (H1N1) olduğu məlum olub.

Acariya Səhiyyə Mərkəzindən bildiriblər ki, hazırda bölgədə “donuz qripi” virusuna üç yoluxma halı laborator təsdiqini tapıb.

Bu arada, Gürcüstan səhiyyə naziri David Sergeyenko mətbuata bildirib ki, son zamanlar bu xəstəliyə tutulma halları artıb, lakin epidemiya təhlükəsi yoxdur.

“Bugünkü günə 100 min nəfər əhaliyə 221 qrip halı müşahidə olunur. Bu, o deməkdir ki, qripə yoluxma halları artıb, lakin bunun epidemiya halı alması üçün 100 min nəfərə 450 yoluxma halı qeydə alınmalıdır. Xoşbəxtlikdən biz hələlik bu rəqəmə yaxınlaşmamışıq”, – deyə nazir bildirib.

Ötən həftə xəstəliklərə nəzarət üzrə milli mərkəzdən mətbuata bu mövsümdə Gürcüstanda qeydə alınan yoluxma hallarının əksəriyyətinin H1N1 qripinə aid olduğu bildirilmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Dünyanın ən yaşlı əkizləri doğuldu

Qəza ərazisi simulyatorda göstərildi- Video

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə     ittiham     edilir