Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82336
az

“Qızımı xilas etmək üçün yalın əllərimlə qazdım” - FOTO

16:5310 Fevral, 2023
124
CƏMİYYƏT
  • A

OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, 49 yaşlı Mesut Hançer qızının dəfn günü Almaniyanın "Bild" qəzetinə həmin dəhşətli gün baş verənləri danışıb.

Onun sözlərinə görə, zəlzələ baş verən zaman çörək sexində işləyirmiş: "Həmin dəqiqə həyat yoldaşıma zəng etdim, iki qızımın və oğlumun yaxşı olduğunu dedi. Lakin həmin gecə kiçik qızım İrmak nənəsigildə qalmışdı. Qohumlarımız gəlmişdi və onlarla birlikdə qalmaq istəmişdi. Çox dua etdim, lakin təəssüf ki, onu itirdik. Mən şahzadəmi xilas etmək üçün yalın əllərimlə qazmağa çalışdım, lakin son nəticədə onu çıxara bilmədim".

Hançerin həyatını itirən qızının əlini tutduğu anı isə "Frans Press" agentliyinin müxbiri "Adem Altan" çəkib. O, sözügedən fotonu necə çəkməsindən danışıb: "Orada əyləşmişdi. Ətrafında digər insanlar yaxınlarını xilas etməyə çalışırdı. Fotoları çəkə-çəkə irəliləyirdim. Niyə oturduğuna baxdım, biraz diqqətlə baxdıqda bir nəfərin əlindən tutduğunu gördüm. Bir neçə foto çəkdim, sonra isə mənə səsləndi: "Çək, çək, övladımın fotosunu çək""

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İmişlidə evdə yanğın oldu
Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda 3 qadına xəsarət yetirən şəxs tutuldu