Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8226
az

Bakıda vəzifəli şəxsin ölümü ilə bağlı şok faktlar - FOTOLAR

13:4224 Dekabr, 2018
746
KRİMİNAL
  • A
 
Dekabrın 21-də axşam saatlarında Bakı şəhər Xətai rayonu Nobel prospektində baş vermiş dəhşətli yol qəzasını törətmiş şəxslə bağlı yeni faktlar üzə çıxıb.

Oxu24.com  bildirir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, həmin gün saat 19 radələrində Xətai rayonu Nobel prospektində "Nissan" markalı avtomobillə 1981-ci il təvəllüdlü Süleymanlı Ləman Rafiq qızını vurub öldürən Qurbanov Qurbanəli Eyyub oğlunun sürücülük vəsiqəsi olmayıb. Belə ki, 2002-ci ildə anadan olmuş Q.Qurbanov vəsiqəsi olmada minik avtomobili idarə edirmiş və piyada keçidindən keçən Ləmanı vurub.

Qeyd edək ki, hadisədə vəfat edən Ləman Süleymanlı "AzərTürkBank"da şöbə rəisi vəzifəsini tuturmuş. Hadisə o, işdən evə qayıdarkən baş verib. L.Süleymanlı ölümündən 3 gün əvvəl sosial şəbəkədə sonuncu dəfə cizgi filmi fraqmenti paylaşaraq "böyümək istəmirəm, mənə uşaqlığımı qaytarın", cümləsini yayıb.

Qeyd edək ki, qəzanı törədən şəxs hadisə yerindən qaçıb. Bakı şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti və Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri Qurbanəli Qurbanov olması müəyyən edilib və o tutulub.

Dəhşətli hadisədə vəfat edən Ləmanın bəzi fotolarını təqdim edirik.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bakıda mənzildən çürümüş        meyit     tapıldı