Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82249
az

Əşyaları təhvil verib qayıdanda eşitdim ki, hamı məndən danışır

20:2809 Fevral, 2023
104
CƏMİYYƏT
  • A

Səhər tezdən qardaş ölkə Türkiyədə baş verən o faciəni eşidəndə çox sarsıldım.

Bunu Trend-ə açıqlamasında köhnə avtomobili ilə Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım apararkən özü də bilmədən çəkilən fotosu ilə gündəm olan Sərvər Bəşirli deyib.

Laçın rayonunun Minkənd kəndindən məcburi köçkün düşmüş S.Bəşirli deyir ki, hər bir azərbaycanlı kimi onun da ailə üzvləri Türkiyədəki zəlzələ xəbərini eşidəndə sarısılıblar: "Bu xəbərdən ailəlikcə çox sarsıldıq. Atamgillə bir həyətdə yaşayıram. Səhər açılan kimi qohumlarla bir yerə yığışıb Türkiyədəki qardaş-bacılarımıza yardım etmək üçün yollar axtarırdıq. Eşitdik ki, Bakıda bununla bağlı kampaniya başlayıb. Dərhal öz evimdən, atamgildən, dayımgildən, əmimgildən isti paltarlar, yorğan-döşək yığıb maşına doldurdum və yola çıxdım. Gedəndə yolda şəklimi çəkiblər. Kim çəkib, bilmirəm. Əşyaları təhvil verib qayıdanda eşitdim ki, artıq hamı məndən danışır".

S.Bəşirli bildirib ki, səhəri gün yenidən qohumları ilə birlikdə pul yığıb Türkiyəyə ərzaq yardımı ediblər.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib. Bunlardan əlavə mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət, insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb. Daha sonra yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi də Türkiyə yola salınıb.

Eyni zamanda Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib.

Bakıda, Gəncədə, Naxçıvanda Türkiyəyə yardım məqsədilə toplama məntəqələri yaradılıb. Azərbaycan vətəndaşları könüllü şəkildə bu yardım məntəqələrinə gələrək yardımlarını edirlər.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar da "Qardaş Köməyi" platforması vasitəsilə öz yardımlarını Türkiyəyə çatdırırlar.

Əşyaları təhvil verib qayıdanda eşitdim ki, hamı məndən danışır - Türkiyəyə yardımı ilə gündəm olan Sərvər Bəşirli (FOTO/VİDEO)

Əşyaları təhvil verib qayıdanda eşitdim ki, hamı məndən danışır - Türkiyəyə yardımı ilə gündəm olan Sərvər Bəşirli (FOTO/VİDEO)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA