Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8215
az

Bakıda vəzifəli şəxs dəhşətli hadisədə öldü - Şöbə rəisi imiş

10:2324 Dekabr, 2018
954
KRİMİNAL
  • A
 Dekabrın 21-də axşam saatlarında Bakı şəhər Xətai rayonu Nobel prospektində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, həmin gün saat 19 radələrində Xətai rayonu Nobel prospektində müəyyən edilməmiş avtomobilin vurub öldürdüyü Süleymanlı Ləman Rafiq qızı banklardan birində yüksək vəzifədə çalışırmış. Belə ki, L.Süleymanlı "AzərTürkBank"da şöbə rəisi vəzifəsini tuturmuş. Hadisə o, işdən evə qayıdarkən baş verib.

Qeyd edək ki, qəzanı törədən şəxs hadisə yerindən qaçıb. Bakı şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti və Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin "Nissan" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Qurbanəli Qurbanov olması müəyyən edilib və o tutulub Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı