Rusiyanın Tula vilayətinin Yefremov şəhərində qaz partlaması nəticəsində dağılmış binada ölənlərin sayı artıb.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya FHN regional idarəsinin mətbuat xidmətindən bildirilib.
Hadisə nəticəsində ölənlərin sayı 8-ə yüksəlib.
Region rəhbəri Aleksey Dyumin bildirib ki, həlak olanların ailələrinə bir milyon rubl veriləcək. Zərərçəkənlərə isə 500 min rubl məbləğində təzminat verilir.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR