Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82130
az

Saakaşvilinin tərəfdarları yenidən etiraz aksiyası keçirib

18:4608 Fevral, 2023
90
DÜNYA
  • A

Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının 100-ə yaxın nümayəndəsi və onların tərəfdarları Tbilisidə Ədliyyə Nazirliyinin binası yaxınlığında respublikanın eks-prezidenti Mixail Saakaşviliyə dəstək aksiyası keçirirlər.

Oxu24.com Gürcüstan mediasına istinadən xəbər  verir  ki, aksiya  Gürcüstanın TV Pirveli telekanalı tərəfindən canlı yayımlanır.

Milli Hərəkatın liderləri də Ədliyyə Nazirliyinin binasının yanındadır.


Etirazçılar üzərində #Freemisha yazısı olan böyük bir plakat açıblar. Mitinq dinc şəkildə  keçir.

Bazar ertəsi Tbilisi şəhər məhkəməsi eks-prezidentin vəkillərinin səhhəti ilə bağlı onun azadlığa buraxılması barədə vəsatətini rədd etdikdən sonra Milli Hərəkat partiyasının üzvləri Saakaşviliyə dəstək aksiyaları keçirməyə başlayıblar.

Partiyadan  bildirir ki, hər gün həm paytaxtda, həm də ölkənin bölgələrində inzibati binaların yanında aksiyalar keçirəcəklər. Onların məqsədi Saakaşvilini xaricə müalicəyə göndərməkdir.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb