Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82069
az

SON DƏQİQƏ! Bakıda həbs olunan tələbə görün kimdir

09:0908 Fevral, 2023
573
REDAKTORUN SEÇİMİ
  • A
Bakıda adam öldürməkdə şübhəli bilinən tələbə cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Oxu24.com-a Binəqədi rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, 8 fevral 2023-cü il tarixdə saat 2 radələrində 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyevin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı Əliəkbər Mərəyevin adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Elşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Binəqədi rayon prokurorluğunda CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Elşad Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Duty Free-dən 7,5 milyon dollarlıq saat alan azərbaycanlı kimdir?
Dəhşətli xəbər gəldi: Meşədən meyitləri tapıldı
Rubl neçəyədir?

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO