Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82064
az

İmam (ə.f) doğrudandamı sərdabədən qeybə çəkilib?

12:5908 Fevral, 2023
91
CƏMİYYƏT
  • A

Şiənin V əsrə (h.q) qədərki qədim və mötəbər qaynaqlarında bu sərdabədən söz açılmamışdır. Bu mənbələrin heç birində İmamın (ə.f) "qeybə çəkildiyi sərdabə" barədə bir şey yazılmamışdır. Şiənin ikinci dərəcələri mənbələrində bu barədə bəzi yazılar dərc olunub:

"Mötəzid minik yolladı. Bizim gizlincə Samirraya Həsən ibn Əli dünyasını dəyişdiyi üçün onun (ə) evinə getməyimizi istədi. Evdə kimi görsək, başını kəsib Mötəzidə gətirməyimizi əmr etdi. Biz də əmrə tabe olub ora getdik. Evdə heç kimi görmədik. Pərdəni kənara çəkdikdə bir sərdabə ilə qarşılaşdıq və oraya daxil olduq. Sərdabənin içərisi sanki su idi və sonunda bir həsir salınmışdı. Xoş çöhrəli bir kişi onun üzərində namaz qılır və bizim tərəfə baxmırdı. Əhməd ibn Abdullah irəli keçdi. Suya yıxıldı və əl-qol atmağa başladı. Əlimi uzadıb onu sudan çıxartdım".
Bu hadisənin sənədinin zəifliyi və ikinci dərəcəli kitablarda nəql olunması ilə yanaşı, bu hadisə məzmun və tarix baxımından da iradlıdır. Ona görə ki, Mötəzid 279-cu hicri ilində, yəni İmam Əskərinin (ə) ölümündən 24 il sonra xilafətə yetişib. Həmçinin bu hadisədə sərdabədə ibadət edən şəxsin kimliyi də dəqiq qeyd olunmamışdır. Sərdabədə su üzərindəki həsirdə oturub namaz qılan bir kişinin olduğu qeyd edilir. Halbuki şiələrə görə, İmam Əskəri (ə) dünyasını dəyişəndə İmam Mehdi (ə.f) dörd və ya beş yaşlı bir uşaq idi.
Bu hadisəni Şeyx Tusi öz kitabında da nəql edir. Ancaq bu hadisənin İmam Əskərinin (ə) ölümündən sonra və ya sərdabədə baş verməsi barədə heç nə qeyd etmir. Buna görə də sərdabə məsələsinin İmam Mehdınin (ə) qeybi ilə əlaqəli olması məlum deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər
Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO