Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82043
az

Rusiyaya Türkiyə ilə müharibə lazımdırmı?

21:3607 Fevral, 2023
232
SİYASƏT
  • A

Suslov qeyd edib ki, Ermənistanla Rusiya arasında münasibətlərdə hər şey ideal deyil, problemlər var:

"Son zamanlar Ermənistan informasiya məkanında iki ölkə arasında münasibətlərə yenidən baxılması tezisi gündəmə gəlir. Lakin belə siyasətin real nəticələri barədə heç kim düşünmür. Ən əsası isə antirusiya ritorikasının müəlliflərindən heç biri real alternativ təklif etmir. Rusiya qalmaqda maraqlıdır. Kreml İrəvandan bu və ya digər dəstək üçün şərt kimi Rusiya ilə münasibətləri kəsməyi tələb edən Qərbdən fərqli olaraq, Ermənistandan nümayişkaranə rusiyayönlü mövqe tutmasını tələb etmir. Bildiyiniz kimi, Ermənistan hakimiyyəti bu il ölkə ərazisində KTMT təlimləri keçirməkdən imtina edib. Həmçinin KTMT-nin Ermənistana monitorinq qrupunun göndərilməsi təklifini də rədd edib. Moskvada bu addımlara narahatlıqla yanaşılır və Ermənistanın hazırkı rəhbərliyinin tam olaraq Qərbə arxalana biləcəyinə dair aydın siqnal kimi qiymətləndirilir. Moskva anlayır ki, erməni cəmiyyətində Rusiya və KTMT-nin İrəvanı müdafiə etmədiyinə dair məyusluq var. Amma Rusiyanın vasitəçiliyi və onun prezidentinin şəxsi səyləri olmasaydı, baş verən proseslərdə vəziyyət daha da pis olardı. İrəvandan tez-tez Rusiyaya Azərbaycan və Türkiyəyə qarşı erməni tərəfini tutmaq tələbləri irəli sürülür. Amma Moskva buna getsə, Cənubi Qafqazda böyük Rusiya-Türkiyə müharibəsi baş verəcək ki, bu da son dərəcə lazımsızdır. Bu, hətta İrəvanın özünün maraqlarına uyğundur. Qərbin Rusiyaya qarşı apardığı hibrid müharibə Moskvanın Ankaradan asılılığını artırır. Ancaq Türkiyə Rusiyanın müttəfiqi deyil. Türkiyə bir tərəfdən onun tərəfdaşıdır, digər tərəfdən isə rəqibdir. Rusiya və Türkiyə bir çox sahədə və müxtəlif bölgələrdə rəqabət aparır. Ankara rəqabəti və əməkdaşlığı birləşdirir və Qərb qüvvələri Rusiyanı böyük dövlət kimi məhv etməyə çalışır. Türkiyə isə öz milli maraqlarından və suveren xarici siyasətindən əl çəkmiş digər NATO ölkələrindən fərqli olaraq öz milli maraqlarını müdafiə edir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşakov:
Makron: Fransa Rusiya ilə müharibə aparmır
Ərdoğandan HƏMAS-ın atəşkəsə razılıq verməsinə reaksiya

Günəşdə 10 güclü alışma baş verib

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ