Ukrayna Nazirlər Kabineti ölkənin Fövqəladə Hallar üzrə Dövlət Komitəsinə və Daxili İşlər Nazirliyinə güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Türkiyəyə 87 nəfərdən ibarət axtarış-xilasetmə qrupunun göndərilməsi barədə göstəriş verib.
Oxu24.com xəbər verir ki,bu barədə Ukrayna mətbuatı açıqlama yayıb.
Ukraynanın Mülki Müdafiə Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar üzrə Dövlət Xidməti Türkiyə Respublikasına An-32 və An-26 təyyarələri ilə birgə axtarış qrupları göndərir.
"Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Dövlət Fövqəladə Hallar Xidmətinin xilasetmə dəstəsi zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 10 nəfər - aviasiya ekipajlarının üzvləri də daxil olmaqla, ümumi sayı 87 nəfərdən ibarət olub", - deyə məlumatda bildirilir.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR