Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82022
az

İran yeni yeraltı aviabazasını təqdim edib

19:4707 Fevral, 2023
99
DÜNYA
  • A

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqiri və İran ordusunun baş komandanı Əbdülrəhim Musəvi Hərbi Hava Qüvvələrinin “Oqab-44” (“Qartal-44”) ilk yeraltı hava bazasında olublar.

Oxu24.com xəbər verir  ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

"Oqab-44" taktiki aviabazası bütün növ qırıcı və bombardmançı təyyarələri, həmçinin pilotsuz uçuş aparatlarını qəbul etmək gücündədir.

Bu böyük yeraltı hava bazası həmçinin Hərbi Hava Qüvvələrinin yeni qırıcılarını qəbul edib operativ şəkildə istifadə edə biləcək.

“Oqab-44” İran Hərbi Hava Qüvvələrinin son illərdə ölkənin müxtəlif bölgələrində bu qüvvələrin əməliyyat ehtiyaclarına uyğun və passiv müdafiə prinsipləri nəzərə alınmaqla inşa edilmiş taktiki yeraltı hava bazalarından biri hesab olunur. 

 

 

Aynurə Məcidova

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ şirkəti Terminatoru uğurla sınaqdan keçirib
Rusiya Xarici İşlər Nazirliyi ABŞ raketlərinin Almaniyada yerləşdirilməsinə cavabını açıqlayıb
Litva kaset bombaları haqqında Konvensiyanı ləğv etdi

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi