Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82018
az

Türkiyəli məşhurlardan Azərbaycana təşəkkür - FOTO

19:2507 Fevral, 2023
142
CƏMİYYƏT
  • A
Xəbər veridyimiz kimi, Türkiyədə güclü zəlzələ səbəbindən dağıntılar baş verib.
 
OXU24.COM  axşam.az-a istinadən bildirir ki,  ölkəyə yardım heyəti göndərənlərdən biri də Azərbaycan olub. Türkiyəli məşhurlar bununla bağlı paylaşımlar edərək öz təşəkkürlərini bildiriblər.
 
Onlardan biri müğənni Demet Akalın olub. O, Azərbaycandan olan heyətin Türkiyə hava limanında çəkilən fotosunu paylaşaraq təşəkkürünü bildirib.
 
Türkiyəli məşhur müğənni Gülbən Ərgən də yardıma gələn ölkələrə, başda Azərbaycan olmaqla təşkkür edib.
 
Bir digər ad isə son günlər Azərbaycanla bağlı paylaşımları ilə seçilən ifaçı Doğan Cem olub.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) heyəti Türkiyəyə yardıma göndərilib. Bundan başqa, yardımlardan ibarət növbəti təyyarə isə bu gün Türkiyəyə yola düşüb. Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.
 
 
Onu da qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirdiyi brifinqdə zəlzələ nəticəsində 3549 nəfərin həlak olduğunu, 22 168 nəfərin isə yaralandığını açıqlayıb
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda müəllim əri tərəfindən zorakılığa məruz qalıb
"WhatsApp" mesajlarla bağlı daha bir funksiya
Prezident DSX hərbçilərini təltif etdi - Siyahı

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Şəmkirdə “KaMaz” avtomobillə toqquşdu - Ölənlər var