Ötən gün müğənni Elariz Məmmədoğlunun verdiyi açıqlama qalmaqala səbəb olub.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi xalq artisti Aygün Kazımovanın, əməkdar artist Röya Ayxanın və Günel Zeynalovanın Türkiyədə tanınmadığını bildirib:
"Türkiyədə mövcud olan müğənnilər var ki, bizimkilər onların sırasında yoxdu. Ola bilər ki, 3-5 dəfə Türkiyəyə gediblər, verilişdə çıxış ediblər və Bakıya qayıdıblar. Sabah mənim bu sözlərimdən qalmaqal olacaqsa, olsun, reallığı dedim. Qoy sübut eləsinlər ki, onları orada tanıyırlar. Mən də baxım, fəxr edim".
Elarizin sözügedən açıqlamasına əməkdar artist Röya Ayxan İnstaqram səhifəsində cavab verib. O, ifaçının fikirləri ilə razılaşmayıb:
"Elariz, Allah səni güldürsün. Dua et ki, biz varıq və sənə sual tapmırlar, bizi soruşurlar. Bir söz deyim, orada demək olar ki, media, sənəti anlayan insanlar Aygünü, məni və Güneli tanıyır. Nə isə, onu boş ver. De görüm, nə var, nə yox?"
Oxu24.com
ŞƏRHLƏR