Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81948
az

Bu əlamətlər mədə xərçəngindən xəbər verə bilər - DİQQƏT!

23:5106 Fevral, 2023
366
TİBB
  • A

Zərərli qidalanma hazırda mədə xərçəngini yaradan əsas faktorlardan biridir.

Badxassəli şiş mədənin iç selikli qişasının hüceyrələnin zədələnməsindən qaynaqlanır.
Bakupost.az xəbər verir ki, qastroenteroloq Anastasiya Qassiyeva mədə xərçənginin ən erkən əlamətini açıqlayıb.

“Xərçəngi yaradan əsas Helikobakteriyadır. Əgər illər əvvəl müayinələrdə bu bakteriya çıxıbsa, belə insanlar risk qrupundadır və mütəmadi yoxlanmalıdırlar. İnfeksiyanı təcili müalicə etmək lazımdır.

İçki içənlər, siqaret çəkənlər, zərərli qidalananlar, xroniki qastrit və xorası olanlar da risk daxilindədir.

Rasionunda təzə meyvə-tərəvəz olmayan insanlarda da belə xəstəlik olur.

Mədə xərçəngi erkən mərhələdə heç bir ağrı vermir. Onun əlamətləri spesifik deyil. Xəstə yüngülvari ürəkbulanma, yorğunluq, zəiflik, iştahsızlıq hiss edə bilər.

Mədə xərçəngini təyin etməyin ən doğru yolu endoskopik zond müayinəsidir.

40 yaşından sonra insan 3-4 ildən bir mədə müayinəsi etdirməlidir.

İstər qadın, istər kişilər eyni risk altındadır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Kişmiş suyunun sağlamlığa faydaları

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi