Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81944
az

13 ölkə Türkiyəyə yardım göndərdi - SİYAHI

23:1306 Fevral, 2023
148
REDAKTORUN SEÇİMİ
  • A

Avropa İttifaqına üzv 13 ölkə Kahramanmaraşdakı zəlzələlər üçün Türkiyəyə axtarış-xilasetmə qrupları göndərəcək.

Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir  ki,Avropa İttifaqı Komissiyasının sözçülərindən Balazs Ujvari gündəlik mətbuat konfransında episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərlə bağlı açıqlama verib.

Ujvari, müxtəlif üzv ölkələrdən 10-dan çox şəhər axtarış və xilasetmə qruplarını səfərbər etdiklərini bildirib.

Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Yunanıstan, Hollandiya, Polşa və Rumıniya tərəfindən göndəriləcək yardımın indiyə qədər təsdiqləndiyini bildirən Ujvari, əlavə olaraq Macarıstan, İtaliya, İspaniya, Malta və Slovakiyanın da yardım təklif etdiyini bildirib.

Ujvari həmçinin bildirib ki, AB Türkiyə səlahiyyətlilərinə fövqəladə xəritə xidmətləri göstərmək üçün Kopernik peyk sistemini də işə salıb və səlahiyyətlilər arasında əlaqə davam edir.

Sözçü Aİ-nin lazım gəldikdə əlavə dəstəyi koordinasiya etməyə hazır olduğunu bildirib.

Böhranların idarə edilməsi, mülki müdafiə və humanitar yardımdan məsul AB komissarı Janez Lenarçiç daha əvvəl 10 ölkənin bir qrup göndərəcəyini bildirmişdi.

Qeyd edək ki,Türkiyəyə ilk yardımı Azərbaycan göndərib.

 

TƏCİLİ XƏBƏR! Dağıntılar altında qalan 4 azərbaycanlı tələbə xilas edilib

 

 

Tərcümə: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makron Ermənistana səfər edəcək
Çaydan meyiti tapılan qız kimdir?
Zelenski öldürülə bilər - ŞOK

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Şəmkirdə “KaMaz” avtomobillə toqquşdu - Ölənlər var