Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81932
az

Redaktorlar və şöbə müdirləri jurnalist kimi qeydiyyata alınacaqlar

21:4906 Fevral, 2023
161
CƏMİYYƏT
  • A

"Artıq redaksiyalardakı redaktorlar və şöbə müdirləri də media reyestrində jurnalist kimi qeydiyyata alınacaqlar".

"OXU24.COM " xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, bununla bağlı MEDİA-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüşü keçirilib, məsələ həllini tapıb.

"Bu, "Media haqqında" qanundakı problem deyil. Bu, media qurumlarının redaksiyada vəzifələri düzgün qeyd etməməsi ilə əlaqədardır. Çünki həmin reaksiyalarda texniki şöbələr də var ki, oranın əməkdaşları jurnalist deyil. Media Reyestrinə daxil olan məlumatlarda bu şəxslərin vəzifəsi şöbə müdiri kimi göstərilib. Həmin şöbə müdiri ipoteka üçün hər hansısa bir banka müraciət edəndə bank işçisi onun kim olduğunu bilmir və problem yaranır.

Biz bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət etdik və nazir, onun komandası bizə yol göstərdi, biz də problemi aradan qaldırdıq. Artıq redaktorlar və şöbə müdirləri də jurnalist kimi qeydiyyata alınacaqlar".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İmişlinin 8 yaşayış məntəqəsində qaz olmayacaq

Valideynlər nəzərinə: Yetkin uşaqlarla münasibətdə bu hərəkətlərə dözməyin
İsrail HƏMAS-ın neçə hərbi liderini öldürüb? - RƏQƏMLƏR

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO