Türkiyədə baş verən zəlzələdən sonra maqnitudası 5-dən yuxarı olan 80-ə qədər afterşok qeydə alınıb. Onlardan ən güclüləri 6.4 və 6.6 bal olub. Hazırda afterşoklar davam edir.
OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli fevralın 6-da keçirilən mətbuat konfransında deyib.
"Ola bilər ki, belə güclü zəlzələdən sonra afterşoklar bir neçə ay davam etsin. Lakin təcrübəyə əsasən deyə bilərəm ki, maqnitudasının yenidən 7.4 güclü olacağı ehtimal edilmir"
Oxu24.com
ŞƏRHLƏR