Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81917
az

GÖZLƏNİLMƏZ  QƏRAR: İsrail Suriyaya kömək edəcək

20:2306 Fevral, 2023
98
DÜNYA
  • A

İsrail Suriyaya yardım təklif edib.

Oxu24.com xəbər verir  ki,İsrailin "Haaretz" qəzetinin mənbələrinə görə, İsrail hakimiyyəti Rusiya tərəfinin müraciətindən sonra dağıdıcı zəlzələdən zərər çəkmiş Suriyaya yardım göstərmək qərarına gəlib.

Nəşrin mənbələrinin qeyd etdiyi kimi, İsrail tərəfi “Rusiyanın müraciətindən sonra” Suriyaya təcili humanitar yardım, o cümlədən zərər çəkmiş suriyalılar üçün zəruri əşyalar və dərmanlar verməyə razılaşıb.

Bundan əlavə, Suriyaya öz həkimlərini göndərməyə hazır olmayan İsrail Türkiyədəki suriyalılara tibbi yardım göstərmək imkanını nəzərdən keçirir.

"İsrail   Qolan təpələrində sərhəd keçidi aça bilər, bununla da qonşu dövlətin sakinlərinə İsrail xəstəxanalarına daxil ola bilər",- deyə   Haaretz yazır.


Nəşr qeyd edir ki, İsrailin Suriya ilə bağlı bu qərarı diplomatik əlaqələri olmayan iki müharibə edən dövlət arasında münasibətlərdə misli görünməmiş addımdır. Hər iki ölkə yəhudi dövlətinin müstəqilliyinin elan edildiyi 1948-ci ildən bəri əslində müharibə vəziyyətindədir.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, onun ölkəsi regionda baş verən dağıdıcı zəlzələdən sonra Türkiyəyə yardım göstərməyə, eləcə də Suriyanın zərər çəkmiş sakinlərinə kömək etməyə hazırdır. Eyni zamanda o, Türkiyə tərəfinin müvafiq müraciəti əsasında Türkiyəyə yardım göstəriləcəyini qeyd edib, Suriyaya yardım sorğusunun mənbəyini açıqlamayıb.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ şirkəti Terminatoru uğurla sınaqdan keçirib
Rusiya Xarici İşlər Nazirliyi ABŞ raketlərinin Almaniyada yerləşdirilməsinə cavabını açıqlayıb
Litva kaset bombaları haqqında Konvensiyanı ləğv etdi

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi