Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81907
az

Baş nazir mühüm qərar imzaladı:Martın 1-dən etibarən...

19:1806 Fevral, 2023
896
CƏMİYYƏT
  • A

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları təsdiqlənib.

Oxu24.com  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda nəzərdə tutulan məlumatların ilkin mənbədən əldə edilməsinin təmin olunması məqsədilə aşağıdakı dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) üzərindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə sorğularının cavablandırılması qaydasında inteqrasiya edilməlidir:

-Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

-Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

-Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

-Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

-Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi;

-Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;

-Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti; -Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

- Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;

- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi EHİS vasitəsilə bu Qərarda nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinin və ehtiyatlarının Elm və Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyası bir ay müddətində təmin edilməldir.

Bu Qərar 2023-cü il martın 1-dən qüvvəyə minir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO