Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81875
az

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Rusiyaya səfər edəcək

14:5906 Fevral, 2023
124
DÜNYA
  • A

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Rusiyanın paytaxtı Moskvaya Əfqanıstanda sabitlik və sülh məsələlərini müzakirə etmək üçün səfərə hazırlaşır.

Oxu24.com  xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani fevralın 6-da keçirdiyi mətbuat konfransında məlumat verib

Onun sözlərinə görə, Əli Şəmxani səfər çərçivəsində Əfqanıstanda sülh və sabitliyin təşviqi, əfqan xalqının problemlərinin həlli ilə bağlı çoxtərəfli məsləhətləşmələr aparacaq.

Bildirilib ki, katib Rusiya hökumətinin bir sıra rəsmiləri ilə qarşılıqlı maraq doğuran məsələləri də müzakirə edəcək.

Xatırladaq ki, bundan əvvəl Əli Şamxani İranın müdafiə naziri olub. Bu yaxınlarda Britaniyaya casusluqda təqsirli bilinərək edam olunmuş Əlirza Əkbəri onun müavini olub.

O, İran Prezidenti İbrahim Rəisinin Çinə nəzərdə tutulan səfəri barədə açıqlama verib: “Bu, iki ölkə arasında razılaşma əsasında nəzərdə tutulan proqramlardan biridir”.

Sözçü qeyd edib, bu səfər lazımi vaxtda həyata keçiriləcək, mətbuata ətraflı məlumat veriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kreml Trampın Putinlə qarşılıqlı əlaqəyə dair sözlərini şərh edib
Cənubi Koreya agenti ABŞ-da həbs edilib
Yunanıstan onlarla F-16 döyüş təyyarəsini ABŞ vasitəsilə Ukraynaya təhvil verəcək

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO