Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81869
az

Bakıda və rayonlarda qar yağacaq, temperatur 8-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

13:2806 Fevral, 2023
245
REDAKTORUN SEÇİMİ
  • A
Fevralın 11-dək yollar buz bağlayacaq Bakıda və rayonlarda qar yağacaq, temperatur 8-10° aşağı enəcək. Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, Bakıda və Abşeron yarımadasında fevralın 7-si günün ikinci yarısından 10-dək güclü şimal-qərb küləyi əsəcək. Fevralın 10-da külək mülayimləşəcək. Fevralın 8-də havanın tutqun, axşama doğru yağıntılı olacağı, gecə sulu qara keçəcəyi, 9-da fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcəyi, 9-10-da gecə və səhər saatlarında 1-3° şaxta olacağı gözlənilir. Azərbaycanın rayonlarına gəlincə, fevralın 7-də gecə saatlarından başlayaraq respublikanın əvvəlcə qərb rayonlarında, günün ikinci yarısında şimal rayonlarında, 8-dən isə əksər rayonlarda yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 10-da yağıntılar tədricən zəifləyəcək. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək. Fevralın 11-dək yollar buz bağlayacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağır qəza baş verdi: Ölənlər var
Sabahın havası ilə bağlı AÇIQLAMA
Makron Ermənistana səfər edəcək

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda mağazadan 1100 manatlıq spirtli içki oğurlanıb