Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8186
az

Soyuq havalarda etdiyimiz səhvlər - VACİB MƏLUMAT

19:4022 Dekabr, 2018
910
TİBB
  • A
 Artıq hava soyuyub. Belə hava şəraiti soyuqdəymənin, qripin əsl havasıdır. Şaxtada, soyuqda xəstələnməmək üçün etdiklərimiz isə tamamilə səhv imiş.
Oxu24.com soyuq havalardan qorunmaq üçün indiyədək yanlış etməyə alışdığımız vərdişlərin siyahısını təqdim edir.
Evdən çıxarkən burun damcısı tökmək
Soyuqdəymə vaxtı əzələlər bərkiyir. Odur ki, soyuğa çıxan zaman burnunuza damcı töksəniz, əzələlər süni şəkildə yumşalacaq, və havanı isidib orqanizmə ötürmə funksiyasını yerinə yetirməyəcək. Buna görə də, evdən çıxarkən burnunuzu təmizləmək, ən doğru yoldur.
Küçədə ağzınızla deyil, burnunuzla nəfəs alın
Şaxtalı havada ağızla nəfəs alan zaman hava isinməyə vaxt tapmır. Beləcə, anginaya yoluxma şansınızı artırmış olursunuz. Odur ki, soyuq havada burnunuzla yavaş-yavaş nəfəs almağınız daha düzgündür.
Şərflə ağız və burunu bağlamaq
Şərf vasitəsiləalınan hava parçada donub qalır. Nəticədə hər dəfə nəfəs aldıqca, burnunuza və agzınıza daha da soyuq hava gedir. Bu isə angina, bronxit, dəri qıcıqlanması kimi xoşagəlməz nəticə ilə sonlanır.
Evdən çıxmazdan əvvəl isti içki qəbul etmək
İsti çay qan dövranını sürətləndirir, və orqanızmin müdafiə gücünü artırır. Lakin bununla yanaşı əzələləri genişləndirir. Bu isə o deməkdir ki, soyuğa çıxanda bədənin öz istisini daha çox itiririk. Əgər evdən çıxanda mütləq maye qəbul etmək istəyirsinizsə isti çayı ilıq su və ya elə ilıq çay ilə əvəzləyin.
Şaxtalı və soyuq havada ac gəzmək
Orqanizmin temperaturunun normada qalmağı üçün, ona enerji lazımdır. Enerjinin mənbəyi isə hamımızın bildiyi kimi, qidadır. Odur ki, aclıq hiss edən zaman, yüngül də olsa qarnınızı doyurun.
Evdən çıxanda üzə krem çəkmək
Əziz xanımlar yəqın bu problemlə çoxunuz rastlaşmısınız. İstifadə etdiyimiz kremlərin demək olar ki hamısının tərkibində su var. Kremi çəkdikdən sonra ən az 30 dəqiqə ərzində o su buxarlanıb, havaya qarışır. Evdən çıxarkən tələsik çəkdiyiniz üz kremi üzünün soyuyub, zərər görməsinə səbəb olur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu