Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81859
az

Türkiyənin rəsmi dairələri zəlzələ ilə əlaqədar əhaliyə xəbərdarlıq edib

11:3406 Fevral, 2023
114
DÜNYA
  • A
Türkiyənin rəsmi dairələri zəlzələ ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Oxu24.com-un xəbərinə görə, ölkənin vitse-prezidenti Fuad Oktay bildirib ki, təbii fəlakətlə bağlı Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinad olunması vacibdir. Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan bütün nazirləri zəlzələ baş verən ərazilərə təhkim edib. Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun isə əhaliyə müraciətində zəlzələ və fəsadları haqqında məlumatların ötürülməsində doğru mənbələrə istinad olunmasının vacib olduğunu vurğulayıb, bu həssas məqamlarda dezinformasiyaların insanların həyatı bahasına başa gəldiyini, sosial şəbəkələrdən yayılan xəbərlərdə də məlumatların dəqiqləşdirilməsinin önəm daşıdığını qeyd edib. Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyə vətəndaşlarına fəlakət baş verən ərazilərə yardım daşınması üçün ehtiyac olmadığı müddətdə avtomobildən az istifadə etməyi tövsiyə edib, AFAD zəlzələ baş verən ərazilərdə dağıntı olan yerlərdən uzaq durmaqla bağlı xəbərdarlıqla yanaşı, telefon danışıqlarının mümkün olduğu qədər qısa etməyi tövsiyə edib. Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda Bakı vaxtı ilə 05:26-da 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib. Zəlzələ nəticəsində azı 284 nəfər ölüb, 2323 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb. Onu da qeyd edək ki, hazırda Türkiyə qışın ən sərt dövrünü yaşayır. Hətta digər bölgələrinə nisbətən qışda mülayim hava ilə müşahidə olunan Qaziantepdə belə qarlı hava şəraiti müşahidə olunur, bu da zəlzələ baş verən ərazilərdə həyatı daha da çətinləşdirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Litva kaset bombaları haqqında Konvensiyanı ləğv etdi
Macarıstan siyasi böhranla üz-üzədir
İran şərtini açıqladı

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi