Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81858
az

İlham Əliyev Ərdoğana başsağlığı verib

09:5506 Fevral, 2023
191
  • A
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Oxu24.com-un xəbərinə görə, başsağlığı məktubunda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!" Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan İlham Əliyevə zəng etdi
İlham Əliyev Ərdoğanla danışdı
Paşinyandan etiraf: Ermənistan vətəndaşları buna görə ölkəni tərk edirlər