Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81727
az

Sahibkarların bank kartlarından pul çıxartmaqda şübhəli bilinən şəxs saxlanılıb

11:3003 Fevral, 2023
122
KRİMİNAL
  • A
Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq məqsədilə kütləvi talama əməllərində şübhəli bilinən 1990-cı il təvəllüdlü Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu24.com-a bildirilib ki, o, elan saytlarında satışa qoyulan mobil telefonları satan şəxslərlə əlaqə yaradaraq, onların bank kartlarının 16 rəqəmini əldə edərək, sms vasitəsilə təsdiqləyici kodu alaraq kartda olan vəsaitləri talayıb. Ayrı-ayrı şəxslərə məxsus 30-dan artıq bank kartına müdaxilə edən şübhəli şəxs əsasən, 070 432-90-90, 070 564-58-58 nömrələrindən istifadə edib. "Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə olunub", - məlumatda qeyd edilib. Araşdırmalar davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi
Tovuzda ev qarət məqsədi ilə yandırılıb - FOTO
Evdən 50 yaşlı kişinin meyiti tapılıb

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi