Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81710
az

Etiqadımızın möhkəmlənməsi üçün nə edək?

22:5002 Fevral, 2023
152
CƏMİYYƏT
  • A

Bu suala cavab vermək üçün əvvəl şübhə və şəklərimizin köklərini tapmalıyıq. Ona görə də əvvəl köklərini tapaq, sonra bu kökləri qurudaq ki, ondan sonra şəkk aradan getsin.
Əgər insan şəkk etsə, ancaq sonra onu aradan qaldıra bilsə - həmin şəkk onun üçün təhlükəli olmaz. Şəkk öz-özlüyündə təhlükəli deyildir. Xüsusilə də əgər elm üçün müqəddimə olarsa. Şəkk o zaman pis sayılır ki, ya insan onu aradan qaldırmağı düşünməz, ya da düzgün şəkildə onu aradan qaldıra bilməz.

Ona görə də edə biləcəyimiz ilk iş - bu şəkkin kökünü tapıb qurutmaqdır. Sonra da istər nəzəri və istərsə də əməl mərhələsində mütəxəssisə müraciət edək. Bu mənəvi həkim bizə deyər ki, həmin şəkki aradan qaldırmaq üçün hansı kitabları oxumaq lazımdır. Ya hansı əməllə özünü islah etmək olar. Misal üçün, ibadət məsələlərində deyilir ki, əgər çoxlu şəkk edirsinizsə, öz şəkkinizə etina etməyin. Çünki bu lənətlik şeytandır ki, sizi vəsvəsə edir. Ona görə də ona etina etmək olmaz.

Ona görə də şəkkin kökünü tanımaq - çox mühüm məsələdir. Sonra da gərək mütəxəssisinə, həkiminə müraciət edək.

Etiqadımızın möhkəm olması üçün hər birimiz bilməliyik ki, etiqadi mövzulara hamı bələd olmalıdır. İstər yeniyetmə olsun, istərsə də cavan. Hədislərimiz də buyurur ki, uşaqların zehnini başqaları xarab etməmişdən əvvəl, siz onlara həqiqətləri tanıdın.

İkincisi isə etiqadi məsələlər gərək bizim üçün tamamilə həll olmuş olsun. Yəni, hər birimiz mövzuları tamamilə dərk edə bilək. Şübhə o zaman meydana gəlir ki, biz həmin mövzuları zehnimizdə həll edə bilməmişik. Bizim üçün şəffaf olmamışdır. Xüsusilə də onu başqalarına izah etmək istəyəndə bacarmırıq.

Ona görə də biz gərək əvvəl özümüz bu mövzuları dəqiq tanıyıb öyrənək və həmin sahənin təbibinə çevrilək, ondan sonra başqalarını müalicə etməyə çalışaq.

Biz etiqadi mövzuları öyrənməyə ən sadə fitri mövzulardan başlayaq. Etiqad toxumları insanın fitrətinə qoyulmuşdur. İnsan zati olaraq Allahı sevir. Onu tanıyır və Ona tərəf meyl edir. İnsan zati olaraq yaxşı insan olmaq istəyir, məada inanır. Bunların hamısı insan fitrətinə qoyulmuşdur. Biz gərək varlığımızda olan bu toxumlara diqqət edək və onların çiçəklənməsinə çalışaq.

Beləliklə deyə bilərik ki, şəkki aradan qaldırmaq üçün edə biləcəyimiz ilk iş - onun kökünü tapmaq və qurutmaqdır. Sonra mütəxəssisinə müraciət etməkdir. Etiqadımızı möhkəmləndirmək üçün biz gərək etiqadi məsələləri yaxşı öyrənək və başlanğıc olaraq da fitrətimizə qoyulmuş sadə məsələlərin sorağına getmək lazımdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həyət evində yaşayanların DİQQƏTİNƏ -Cərimələnə bilərsiniz

Parataekvondoçumuz bürünc medal qazandı
Bu rayonda ayı yaşlı kişiyə HÜCUM ETDİ -FOTO


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
İran vətəndaşı ilə əlbir olan narkokuryer həbs edildi - VİDEO